Rusiya və İran Rəşt-Astara dəmir yolu ilə bağlı razılığa gəldi
Açıq mənbələrdən götürülüb
Putin - Rəisi
Rusiya və İran Rəşt-Astara dəmir yolunun bir hissəsinin birgə yaradılması barədə razılığa gəliblər.
Toplum Tv xəbər verir ki, bu barədə mayın 17-də TASS məlumat yayıb.
Bildirilir ki, imzalanma mərasimində İran prezidenti İbrahim Rəisi və Rusiya lideri Vladimir Putin iştirak ediblər.
https://toplum.tv/dunya/pabs-rusiyani-terrorizmin-sponsoru-kimi-taniya-bilerp
Sənədi iki ölkənin nümayəndələri - Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş imzalayıblar.
Moskva və Tehran dəmir yolu hissəsinin layihələndirilməsi və tikintisini, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirmək barədə razılığa gəliblər. Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq.
Bundan əvvəl "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycan Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhədinədək olan 8,3 kilometrlik dəmir yolu xətti tikib.
Azərbaycan həmçinin əvvəlki illərdə Şimal-Cənub dəmiryolu dəhlizinin İranda inşasına 500 milyon dollar investisiya yönəldib.
2022-ci il sentyabrın 9-da Bakıda dəhlizin inkişafına dair Azərbaycan, Rusiya və İran üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.
Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür