Şəxsi istifadə üçün ölkəyə gətirilən smartfonların rüsumu azaldılır
Açıq mənbələrdən götürülüb
Smartfon
“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik gözlənilir.
Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə təklif sentyabrın 15-i Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əksini tapıb.
Dəyişikliyə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılacağı nəzərdə tutulub.
Belə ki, təklifdə rüsum bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata endiriləcəyi qeyd edilib.
https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-illik-inflyasiya-12-den-asagi-duumlsuumlbp
Digər hallarda, qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 40 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 100 manat olacağı gözlənilir.
Bildirək ki, qanun qəbul edildiyi halda dərc edildiyi gündən otuz gün sonra qüvvəyə minəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Bill Qeyts: Süni intellektin sayəsində həftədə cəmi üç gün işləyəcəyik
NDTV
Açıq mənbələrdən götürülüb