İqtisadiyyat

Statistika Komitəsi: İllik inflyasiya 12 %-dən aşağı düşüb

11 Sentyabr, 2023
186

Açıq mənbələrdən götürülüb

İnflyasiya

Azərbaycanda illik inflyasiya 12 %-dən aşağı düşüb.

Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 11-də Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilib ki, inflyasiya 11.7%, qida inflyasiyasiyası isə 13.4% həddində olub. 

https://toplum.tv/toplumsal/psiqaret-bahalasdi-diger-mehsullar-da-bahalasacaqmip

Məlumata görə, bahalaşma əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. 

"Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib", - məlumatda qeyd olunub. 

Komitə qeyd edir ki, avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. 

"Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib", - Statistika Komitəsindən bildirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Çin necə avtomobil sənayesinin lideri oldu?

Yadigar Sadıqlı
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Keçən il Çin Almaniyanı qabaqladı və dünyada ikinci ən böyük avtomobil ixracçısı oldu. Bu il isə lideri də – Yaponiyanı – ötdü. Çinin dünya avtomobil bazarında hökmranlığı proqnozdan reallığa çevrilir. Qərb bütün dünyanın alman, fransız, yapon və amerikan maşınlarında gəzdiyi dövrü qaytarmaq üçün təcili yollar axtarır. “Çində hazırlanıb” damğası vurulan əsas ixrac markası hələ ki, “Tesla”dır. Amma tədricən təkcə batareyalar deyil, Çinin özünün hazırladığı avtomobillər də daxildə istehlakçı tapır və dünya bazarına çıxır. Çin cəmi 10 il ərzində gələcəyin avtomobil sənayesini yaratdı və ixracda liderliyə yiyələndi. Bunu necə bacardı?   Partiyaya, Putinə və böhrana təşəkkür Sənayenin işə salınmasında Çin hakimiyyətinin...
İqtisadiyyat

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6,42 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, əvvəlki dövrlə müqayisədə 6% çoxdur.  Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 21-də Maliyyə Nazirliyi məlumat yayıb.  Nazirlik 2024-cü il üzrə dövlət büdcəsinin xərclərini ümumən 36.3 mlrd. manat həcmində proqnozlaşdırıb. https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-illik-inflyasiya-12-den-asagi-duumlsuumlbp Bildirilir ki, dövlət büdcəsinin neft-qaz gəlirləri gələn il 17 mlrd. manata yaxın olacaq. Dövlət Neft Fondundan büdcəyə transfertlər isə 9%-ə yaxın artırılacaq. Belə ki, transfertin məbləği 12 milyard 781 milyon manat proqnozlaşdırılıb. Maliyyə Nazirliyi manatın məzənnəsinin gələn il də sabit qalacağını qeyd edib.

Seçilmiş Videolar

Toplum TV loqo