Türkiyəyə göndərilən yardım və ianələrdən ƏDV tutulurmu? - Açıqlama
Açıq mənbələrdən götürülüb
ƏDV
Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə göndərilən ianələrdən ƏDV tutulmur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Mətbuat Katibi Şahin Məmmədov “Toplum TV” yə açıqlama verib.
“Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb. Ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur”, - Şahin Məmmədov bildirib.
https://toplum.tv/sosial/pazerbaycanda-tuumlrkiyeye-ianelerle-bagli-komissiya-haqqi-legv-edildip
O həmçinin qeyd edib ki, qanunda yardım və ianələrdən vergi tutulması nəzərdə tutulmayıb:
“Bəzi banklarda köçürmələr zamanı xətaya yol verənlər olub. Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin 195-1.2 Çağrı Mərkəzi vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər”.
Xatırlatma
Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 şkalasında baş verən zəlzələ 10 vilayətdə hiss olunub. Rəsmi statistikaya əsasən, ölü sayı 8 mini, yaralı sayı isə 40 mini ötüb.
Bildirilir ki, hələ minlərlə insan dağıntıların altındadır. Kəskin soyuq, infrastrukturun dağılması nəticəsində ölü sayının artacağı ehtimal edilir.
Zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan 10 vilayətdə fövqəladə vəziyyət elan edib və onun 3 ay ərzində qüvvədə olacağını açıqlayıb.
Prezident onu da bildirib ki, ölkəsi regionun və dünyanın ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzədir:
Fevralın 6-da Türkiyə ilə yanaşı Suriyada da zəlzələ baş verib. Son məlumatlara görə, orada da həlak olanların sayı minlərlə hesablanır, həmçinin minlərlə insan yaralanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
angloasianmining.com