İqtisadiyyat

Qadir İbrahimli: ""Füzuli Airport" MMC uğursuz layihədir"

Aytac Məmmədli
2 Mart, 2021
2470

Sputnik

""Füzuli Airport" MMC uğursuz layihədir. Belə layihələr dövlət investisiyaları və büdcə vəsaitlərinin mənimsənilməsinə xidmət edir". 

Bunu “Toplum TV”-yə açıqlamasında iqtisadçı Qadir İbrahimli deyib. 

İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, martın 2-də Dövlət Vergi Xidməti "Fuzuli Airport" MMC-ni dövlət qeydiyyatına alıb və Füzuli rayonunda yeni aeroportun inşası həmin şirkətə verilib. 

Qadir İbrahimli

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21-dir. 

Adıçəkilən ünvanda həm də aviasiya sektorunda fəaliyyət göstərən "Silk Way Holdinq" MMC-yə məxsus bir sıra şirkətlər fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyinin açıqlamasını şərh edən iqtisadçı vurğulayır ki, işğaldan azad olunmuş ərazilərdə əhali yaşamır, insanların ora köçməsinə isə hələ 3-5 il var, ona görə də Qarabağda indidən aeroport tikməyin heç bir mənası yoxdur. 

Q.İbrahimlinin sözlərinə görə, aeroporta xərclənəcək vəsaiti dağılmış ərazilərin bərpasına yönəldib üçün daha faydalı işlər görmək olardı: “Məsələn, cənub bölgəsində 1 milyon insan yaşayır, onların çoxu Rusiyaya iş üçün gedib-gəlirlər. Buna baxmayaraq Lənkəran aeroportu böyük gəlirlə işləmir. Füzuli aeroportunun hərbi məqsədlərə xidmət edəcəyini düşünmürəm, bunun üçün başqa aeroportlar var”.

İqtisadçının fikrincə, idarəetmə baxımından “Silk way Holdinq”-lə AZAL arasında böyük bir fərq yoxdur: "Hər iki şirkət eyni mərkəzdən idarə olunur. Yəqin ki, bu qərar da həmin mərkəzin kommersiya maraqlarına uyğun verilib”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, aeroportun AZAL-a verilməməsinin səbəbi bu şirkətin İnvestisiya Holdinqinə daxil edilməsidir.

“Silk Way Holdinq”-in hakim ailəyə məxsus olması haqda iddiaları xatırladan iqtisadçı AZAL-ın da özəlləşdirələcəyilə bağlı xəbərlər yayıldığını qeyd edir: “Silk Way” özəl şirkət olduğu üçün onun idarəetmə formasını dəyişmək mümkün deyil. Ona görə də aerportun idarəçiliyi AZAL-a yox, bu şirkətə tapşırılıb”. 

Aytac Məmmədli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanla Rusiya arasında yeni gömrük postu istifadəyə verilib

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub. APA xəbər verir ki, açılış mərasimində Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri  Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-40-50-milyard-borc-goumltuumlrmek-isteyirp Bildirilir ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da...
İqtisadiyyat

Azərbaycan 40-50 milyard borc götürmək istəyir

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir.  Toplum Tv xəbər verir ki, bu barədə martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb.  “2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”, - İlham Əliyev açıqlamasında deyib.  https://toplum.tv/siyaset/pilham-eliyev-ldquobizim-basagrisina-ve-ccedilirkli-pullara-ehtiyacimiz-yoxdurrdquonbspp “Turan” Maliyyə Nazirliyinin statistikasına əsasən məlumat verir ki, 2022-ci ilin əvvəlində Azərbaycan birbaşa xarici dövlət borcu 8,135.7...

Seçilmiş Videolar

Toplum TV loqo