İqtisadiyyat

Qarabağda bərpa proseslərini “Pasha Bank” da maliyyələşdirəcək

5 Aprel, 2021
70

Açıq mənbələrdən götürülüb

"Azərbaycanın 30 ildən sonra işğaldan azad edilən əraziləri – infrastrukturdan yollara, xəstəxanalara qədər tam olaraq yenidən qurulacaq. Burada aparılacaq bərpa işlərində Türkiyənin podratçı şirkətləri aparıcı rol oynayacaqlar".

Bunu aprelin 5-də “PASHA Bank” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası A.Ş.”-nin Baş direktoru Cenk Eynehan bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi regionda öz təcrübəsi ilə tanınan Türkiyənin podratçı şirkətləri ilə işləmək niyyətindədir.

C. Eynehan bildirib ki, 1,5 milyon azərbaycanlı öz bölgəsinə qayıdacaqlar: “Çünki bu layihələr infrastruktur, kənd təsərrüfatı, energetika, təhsil və səhiyyə sahələrini əhatə edəcək. Hazırda Azərbaycan bu bölgənin bərpa edilməsi üçün 2,2 mlrd manat (1,3 mlrd ABŞ dolları) vəsait ayırıb. Gözlənilir ki, gələcək illərdə bu büdcə onlarla milyard ABŞ dollarına qədər artırılacaq”.

O bildirib ki, artıq Türkiyə şirkətləri 100 kilometr uzunluğu olan Füzuli-Şuşa yolunun və Füzuli hava limanının tikintisində iştirak edəcəklər: “PASHA Bank” da bərpa prosesini maliyyələşdirəcək”.

Türkiyəli iş adamı vurğulayıb ki, qələbədən sonra yeni razılaşmaya əsasən, Çinə ticarət yolları daha aktiv olacaq və ticarət artacaq: “İnanırıq ki, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın inkişafına və bölgənin gələcəyinə daha çox təsir edəcək” ("Report").
 

İqtisadiyyat

Bakının kirayə bazarında nə var, nə yox?

10 Aprel 2021

Açıq mənbələrdən götürülüb

Ötən ilin payızında cəbhə xəttinə yaxın bölgələrdən, eləcə də bir neşə dəfə raket zərbəsinə məruz qalan Gəncədən Bakıya gələnlərin sayı kirayə bazarında bir qədər canlanma yaratsa da, atəşkəsdən sonra onların geri qayıtması, eləcə də koronavirusla bağlı karantin rejiminin bir müddət sərtləşdirilməsi təsirsiz ötüşmədi.  Üstəlik də pandemiya ucbatından ali məktəblərin distant təhsilə, özəl şirkətlərin bəzisinin evdən işləməyə üstünlük verməsi də kirayə evlərə tələbatı azaltdı. Paytaxtın Nərimanov rayonunda yerləşən 3 otaqlı mənzilini kirayə verməklə dolanan 62 yaşlı Əzizə İsmayılova bir il əvvələ qədər evini tələbələrə 450 manata kirayəyə verirmiş. “Dolanışığım bundan çıxırdı. İndi məktəblər bağlanıb, tələbə də yoxdur, pul da”. Pandemiya dövründə...
İqtisadiyyat

IDI: Bakı-Abşeron zonası ilə digər regionalar arasında kəskin fərqlər qalmaqda davam edir

10 Aprel 2021

IDI

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri sosial-iqtisadi inkişafda regional qeyri-bərabərlik probleminə dair araşdırma sənədi hazırlayıb. Bu siyasət sənədində son 2002-ci ildən bəri ölkədə regional sosial-iqtisadi inkişafdakı qeyri-bərabərliyin azaldılması və bölgələrin tarazlı inkişafına nail olmaq sahəsində hökumətin həyata keçirdiyi siyasətlər təhlil olunur və bu siyasətin təkmilləşdirilməsi üzrə tövsiyələr işlənilib. Araşdırmanın birinci hissəsində regional sosial-iqtisadi inkişafda qeyri-bərabərliyin mövcud vəziyyəti rəsmi statistik məlumatlar əsasında təhlil olunur və onun səbəbləri araşdırılır.  Tədqiqatda daha sonra bu problemin aradan qaldırılması istiqamətində hökumətin indiyədək həyata keçirdiyi siyasət addımları araşdırılır.Bu siyasətin nəticələri və əldə olunan nəticələr təqdim olunur.  Eyni zamanda regionların sosial-iqtisadi...
Seçilmiş Videolar