İqtisadiyyat

Qarabağda “yaşıl enerji” zonasının yaradılmasına 1 milyon 391 min manat ayrıldı

3 May, 2021
95

Sosial Media

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"President.az" saytının verdiyi məlumata görə, vəsait Prezidentin ehtiyat fondundan ayrılıb. 

Sərəncamda deyilir:

"1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
 

İqtisadiyyat

Rusiya şəhərlərindən Bakıya uçuşlar bərpa olunur

16 May 2021

aex.ru

Rusiyanın "Nordwind" aviaşirkəti may ayının sonunadək dörd şəhərdən Bakıya uçuşları bərpa etmək niyyətindədir. APA xəbər verir ki, mayın 18-dən etibarən (çərşənbə axşamı) Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlara başlanılacaq. Sonradan sözügedən marşrut üzrə uçuşlar həftənin cümə günləri yerinə yetiriləcək. Mayın 19-dan etibarən "Nordwind"Nijni Novqorod-Bakı (çərşənbə, daha sonra cümə axşamı günləri) və Kazan-Bakı (çərşənbə, daha sonra bazar ertəsi günləri), mayın 20-dən isə Rostov-Bakı aviareysi üzrə birbaşa uşulara başlayır. "Epidemioloji vəziyyət dəyişdikdə və beynəlxalq hava əlaqəsi bərpa olunduqca, Azərbaycanın paytaxtına uçuşların tezliyi artırıla bilər", - aviaşirkətin məlumatında deyilir.
İqtisadiyyat

Gəncə Hava Limanı uçuşları bərpa edib

15 May 2021
Gəncə Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Xəbəri APA yayıb. Bildirilir ki, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib.  Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub. Eyni zamanda "Türk Hava Yolları" Gəncəyə və Naxçıvana uçuşları bərpa edib.
Seçilmiş Videolar