Qiymət artımına səbəb Gömrük Komitəsindəki qanunsuz rüsumlardır - Ekspert belə deyir
Açıq mənbədən götürülüb
"Səfər Mehdiyev elə bil özəl müəssisə direktorudur, elə bil şirkət rəhbəridir, sanki istehsal edir, beyni, ağlı, biliyi ilə pul qazanır ki, fəxrlə belə bəyanat verir".
Bu sözləri iqtisadçı Natiq Cəfərli aprelin 1-də özünün "Feysbuk" hesabında yazıb.
Aprelin 1-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "Tvitter"də yazıb ki, DGK cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119,55 % əməl edib.
"Nəzərdə tutulan proqnozdan əlavə 153,5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub", - S. Mehdiyev bildirib.
Natiq Cəfərli isə hesab edir ki, Gömrük Komitəsi insanların canını boğazına yığıb: "Komitə bütün növ mallara xaricdə alınan rəsmi qaimələri tanımır, özündən hoqqa çıxardıb mala qiymət qoyur, şişirdilmiş qiymətlə rüsum hesablayıb insanları yükləyir. Sonra da çıxıb pandemiya, iqtisadi aktivliyin azaldığı dövrdə daha çox pul yığdığını deyir".
"Gömrük komitəsinin yığdığı hər manat mənim - vətəndaşın cibindən gedir. Hə, Siz, güya, mesaj verirsiz ki, baxın ha, daha düz işləyirik, çox pul yığırıq, bizə dəyməyin, ləğv etməyin, SuperNazirliyə birləşdirməyin. Bu da absurddur",- iqtisadçı qeyd edib.
O həmçinin bildirib ki, Komitənin plandan artıq yığdığı pula görə, bazarda qiymətlər də artır: "Birdəfəlik bilin, iş adamı rüsumu cibindən vermir, bütün xərclər malın qiymətinin üzərinə gəlir, son ödəyici də vətəndaş olur".
Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi
Açıq mənbələrdən götürülüb
day.az
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?