İqtisadiyyat

Rusiya Azərbaycan almasına qoyulan qadağanı ləğv etdi

5 Fevral, 2021
603

FED.az

Azərbaycanın daha 28 müəssisəsinə Rusiyaya alma ixrac etməyə icazə verilib.

Bu barədə fevralın 5-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") verilən məlumatda bildirilib.

Məlumata görə, 8 fevral tarixindən etibarən Azərbaycanın daha 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan qadağalar ləğv ediləcək.

Bundan əvvəl həmin icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi.

Hazırda 38 Azərbaycan müəssisəsinin Rusiyaya alma ixrac etməyə icazəsinin olduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Bərbər, dərzi və taksi sürücülərinin ödəyəcəyi tibbi sığorta haqqı məlum oldu

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Toplum Tv xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. https://toplum.tv/iqtisadiyyat/azerbaycanda-turizmin-ne-vaxt-tam-berpa-olunacagi-aciqlanib Layihəyə görə, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər,...
İqtisadiyyat

Moped sürücülərinə vəsiqə tələbi qoyulur

28 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq Bu, Milli Məclisə “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. https://toplum.tv/multimedia/endirimde-gosterilen-faizler-ne-derecede-inandiricidir Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

Seçilmiş Videolar

Toplum TV loqo