İqtisadiyyat

Rusiya şəhərlərindən Bakıya uçuşlar başlanır

12 İyun, 2021
321

Azimut.aero

Rusiyanın “Azimut” aviaşirkəti iyundan Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya reyslərə başlayır.

“Report”un xəbərinə görə, aviareyslər Mineralnıye Vodıdan Bakıya iyunun 19-dan həyata keçiriləcək. Məlumatda qeyd edilib ki, aviareyslər hər şənbə günləri olacaq.

Təyyarə Mineralnıye Vodıdan 10:20-də qalxacaq, Bakıya isə 13:00-da çatacaq. Təyyarə həmin gün geri qayıdacaq, 14:45-də Bakıdan qalxacaq, 15:10-da Mineralnye Vodıya enəcək.

Rostov-na-Donudan uçuşlar iyunun 23-də hər çərşənbə günləri həyata keçiriləcək. Təyyarə Rostov-na-Donudan 09:15-də qalxacaq, Bakıya 12:20-də enəcək, Bakıdan isə 13:20-də qalxacaq, 14:34-də Rostov-na-Donuya eniş edəcək.

Krasnodardan Bakıya isə iyunun 26-dan etibarən hər şənbə günləri həyata keçiriləcək. Təyyarə Krasnoadardan 08:10-da qalxacaq, Bakıya isə 11:10-da enəcək. Bakıdan isə 13:05-də qalxacaq, 13:55-də enəcək.

Sərnişinlərə uçuşa icazə yalnız yola düşmədən 48 saat əvvəl verilmiş COVID-19 üçün mənfi test nəticəsi təqdim edildikdən sonra icazə verilir.

İqtisadiyyat

Türkmən neftinin BTC ilə nəqli Azərbaycana nə qazandıracaq?

Roza Məmmədova
16 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan oktyabrın əvvəlindən 1 milyon ton Türkmənistan neftini Avropaya daşıyacaq. Bu barədə avqustun 13-də Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və İsveçrə-Hollandiya şirkəti "Vitol" arasında razılıq əldə olunub. Məlumata görə, neftin Bakı-Tbilisi-Ceyhan neft magistral boru kəməri (BTC) ilə ixrac edilməsi planlaşdırılır.  Belə ki, SOCAR Türkmənistan neftini tankerlərlə Xəzər dənizi üzərindən  Avropaya nəql edəcək. Qeyd edək ki, Tükmən neftinin BTC ilə nəql edilməsinə, 2010-cu ildən başlanılıb. Bəs türkmən neftinin BTC ilə nəqli tranzit ölkə kimi Azərbaycana nə qazandıracaq? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Toplum TV”-yə açıqlamasında deyir ki, Tükmən neftinin BTC ilə nəql edilməsi iqtisadi cəhətdən...
İqtisadiyyat

SOCAR-dan benzinin bahalaşması ilə bağlı açıqlama 

16 Sentyabr 2021

SOCAR Trading

““Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir. Qiymətlər həm qalxır, həm də düşür. Ötən il "Aİ-95" markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü.  Sonra isə tədricən artmağa başladı. Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”. Bunu sentyabrın 16-da SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İctimai TV"-nin efirində benzin qiymətlərinin bahalaşmasını şərh edərkən bildirib. "Qafqazinfo"-nun məlumatında bildirilir.  İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycanda ümumi yanacaq istehlakına baxanda, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi...
Seçilmiş Videolar