İqtisadiyyat

Sahib Məmmədov: “İşəgötürən işçiyə qul kimi baxdıqca əmək məhsuldarlığı yüksək ola bilməz”

Məzahir Abdurahmanov
25 Sentyabr, 2021
244

Açıq mənbələrdən götürülüb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili əmək məhsuldarlığından danışıb. Onun dediyinə görə, bu gün Azərbaycanda əmək məhsuldarlığı Avropa ölkələrindən, təxminən, 9 dəfə azdır. 

“Bunun qarşısını almaq üçün təhsildə ciddi yenilənməyə ehtiyac var” – deputat belə hesab edir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə əmək məhsuldarlığını müəyyən edən indikatorlar olduğunu və deputatın söylədiyi rəqəmin hansı indiqakatolar əsasında, hansı tədqiqat mərkəzi tərəfindən əldə edildiyinin bəlli olmadığını bildirir. 

Ancaq o da razılaşır ki, əmək məhsuldarlığı Azərbaycanda dəfələrlə aşağıdır. Liqa rəhbəri əmək məhsuldarlığının artırılması üçün çox sayda amillər olduğunu, tək səbəbin təhsil olmadığını qeyd edir. S.Məmmədovun qənaətincə, ilk növbədə işçiyə münasibətdə və eləcə də əmək qanunvericiliyində dəyişikliklər edilməlidir. 

Sahib Məmmədov - Açıq mənbələrdən götürülüb

“Sosial partnyorluq münasibətləri olmadıqca, işəgötürən işçiyə qul kimi baxdıqca əmək məhsuldarlığı yüksək ola bilməz. Həmçinin təhsildə də dəyişikliklər edilməlidir. Təhsildən əlavə olaraq əmək şəraitinin ədalətli və əlverişli olması da əsas faktorlardan biridir. Bura əməyin mühafizəsi qaydaları, iş yerində işçinin fəaliyyət göstərməsi üçün uyğun şəraitin, avadanlıqların olması daxildir”.

Liqa rəhbəri həmçinin əməkhaqqının çox vacib faktorlardan biri olduğunu vurğulayır. 
“Müəllim və ya fəhlə işlədiyi yerdə əldə etdiyi qazancla ailəsini dolandıra bilmədiyi üçün bir neçə yerdə işləyir. İş yerində işçinin fikri yalnız işinə yönəlməlidir. Məsələn, Silikon vadisində işçilər üçün çox yüksək şərait yadıblar. Onun nəticəsində əmək məhsuldarlığı həddən artıq yüksəkdir”, - Sahib Məmmədov deyir.

O, əmək məhsuldarlığının artırılması istiqamətində hökumətin gördüyü işlərin kifayət qədər effektiv olmadığını düşünür: “Avropa ölkələri ilə arada olan fərqi azaltmaq üçün Şərqi Avropa, Xarvatiyanın nümunə kimi götürmək olar. Təəssüf ki, bizim regionda aşağı-yuxarı analoji vəziyyətdir. Rusiya ilə aramızda fərqin az olmasına baxmayaraq, orada fərqli yanaşmalar var. Bizdə daha çox işlədib, daha çox məhsul əldə etmək taktikasi seçilib. Qərb isə bundan çoxdan imtina edib. Faydalı iş əmsalının artırılması üsuluna daha çox üstünlük verilib”.

Təhsil üzrə ekspert Kamran Əsədov əmək məhsuldarlığının artırılmasından danışarkən deyir ki, əmək bazarına daxil olan ali təhsilli kadrlar müasir dövrün tələblərinə, standartlara cavab vermirlər. Onun yanaşmasına görə, ölkədə davamlı və dayanıqlı iqtisadiyyat, xidmət sektorunda keyfiyyət istənilirsə, mütləq ali təhsil müəssələrində islahatlar aparılmalı, dövrün tələblərinə cavab verən kadrlar yetişdirilməlidir.

Kamran Əsədov - Sosial Media

Təhsil eksperti hesab edir ki, bu məqsədlə universitet idarəetməsi tamamilə şəffaflaşdırılmalı, idarəetmə menecerlərə tapşırılmalı, universitetlər maliyyə hesabatları verməlidirlər. 

“Ali təhsil müəssələrinin idarə edilməsinə kadrlar qohum, tanış prinsipi ilə cəlb edilir. İstedadlı və savadlı şəxslər kənarda qalır. Universitetlərin idarə etməsi menecerlərə tapşırılmalıdır. Rektorların, dekanların, kafedra müdirlərinin işə başladıqdan 5 il sonra verdiyi hesabatda əgər keyfiyyət varsa, o zaman onlara işi davam etdirməyə icazə verilməlidir. Sonra xarici mütəxəssisləri dəvət edərək burada İKT sahəsində, səhiyyə sahasində, müxtəlif yeni ixtisaslarla bağlı kadr hazırlamalıyıq. Ali təhsil müəssələarində müəyyən islahatları apardıqdan sonra əmək məhsuldarlığında böyük artım ola bilər”, - K.Əsədov qeyd edir.

Ekspertin sözlərinə görə, məzunların faydalı iş əmsalı da aşağıdır: “İşə qəbul zamanı tələb olunan bilik və bacarıqları üniversitetdə onlara vermirlər. Məhsuldarlıq ona görə aşağıdır ki, tələbələrin öyrənmə qabiliyyəti yüksək olsa da, öyrədənin bilik və bacarıqları aşağıdır”.
O, hələ də universitetlərdə ötən əsrin 80-90-cı illərində hazırlanan dərsliklərdən istiufadə edildiyini bildirir.

Deputat Musa Quliyev hesab edir ki, əmək məhsuldarlığının yüksəldilməsi dünyanın qarşısında duran bir nömrəli məsələlərdəndir. O, son 50 ildə bu mövzuda müxtəlif müzakirələr getdiyini söyləyir. 

Musa Quliyev - Rəsmi Səhifə

“Əmək məhsuldarlığının artırılması birinci növbədə texnologiya, ikinci növbədə mədəniyyətlə bağlıdır. Burada həm xidmət mədəniyyəti, həm də istehlak mədəniyyəti nəzərdə tutulur”. 

Deputat əmək məhsuldarlığının artırılmasında məsuliyyətin hökumətin üzərinə düşdüyünü, cəmiyyətin təkbaşına bunun öhdəsindən gələ bilmnəyəcəyini də vurğulayır. Deputat bu məasədlə müəyyən proqramlar hazırlandığını, sadəcə, pandemiya ucbatından yubandığını da bildirir.

İqtisadiyyat

Ölkəyə xarici investisiya qoyuluşu kəskin azalıb – “Qeyri-neft sektoru xarici investorlar üçün cəlbedici deyil”

Məzahir Abdurahmanov
18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

“Bizdə neft sahələrinə edilən investisiyaların həcmi digər sahələrə edilən investisiyalardan qat-qat yüksəkdir. Ölkədə digər sahələr inkişaf etsəydi, onda investisiyalar da bu qədər azalmazdı”. Bunu Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri şərh edərkən iqtisadçı Toğrul Maşallı “Toplum Tv”-yə deyib. Statistika Komitəsinin açıqlamasına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib. Komitənin məlumatında qeyd olunub ki, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar  9,7 %, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 8% azalıb. Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 6 303,6 milyon manatını və yaxud 65,9 %-ini...
İqtisadiyyat

İqtisadçılar prezidentin sərəncamını şərh edir: "Çox ciddi sosial gərginlik yaranacaq"

17 Oktyabr 2021

Sosial Media

Prezident İlham Əliyev əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib. İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda deyilir ki, Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini təqdim etsin. Sərancamda qeyd olunub ki, son illərdə əhalinin rifah halının artırılması istiqamətində ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb: "Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının...
Seçilmiş Videolar