İqtisadiyyat
SOCAR bu ölkədə yanacaqdoldurma məntəqələri alıb
24 İyun, 2020
Baxış: 2728
"SOCAR Energy Holdings” Avstriyanın A1 yanacaqdoldurma məntəqələri şəbəkəsini alıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəsmi saytında məlumat yayıb.

Məlumatda deyilir ki, SOCAR-ın İsveçrədəki törəmə şirkəti "SOCAR Energy Holdings” Səhmdar Cəmiyyəti Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən Pronto Oil firmasını alıb.

"SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır”, SOCAR bildirir.

Məlumatda deyilir ki, Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik A1 şirkətinin ölkə üzrə 82 yanacaqdoldurma məntəqəsifəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var.

"A1-lə yanaşı, SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən Pronto Oil Mineralölhandels GmbH şirkətini əldə edib. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin idarəedilməsi məqsədi ilə "SOCAR Energy Austria” MMC təsis edilib. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin əməkdaşları işlərində saxlanılacaq və "SOCAR Energy Austria” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. A1 brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır”.

SOCAR 5 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olub.

İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda davam edir
 

21 Yanvar 2021
Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb. Belə ki, dünya bazarında "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% bahalaşıb. "OilPrice.com" yanvarın 21-də xəbər verib ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib. Dünya bazarında "Brent" markalı neftin bir bareli isə hazırda 55.98 dollardan satılır.
İqtisadiyyat

Azərbaycan nefti yenidən bahalaşdı

20 Yanvar 2021
Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,02 ABŞ dolları və ya 1,84 % artıb. "OilPrice" platformasının yanvarın 20-də verdiyi xəbərə görə, Azərbaycan neftinin bir barelinin qiyməti son satışlarda 56,39 ABŞ dolları təşkil edib. "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınmışdı.
Seçilmiş Videolar