Rəsmi səhifə
Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Prezident İlham Əliyev avqustun 11-də bununla bağlı sərəncam imzalayıb.
İlham Əliyevin imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Prezident həmçinin “Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanına dəyişiklik edib.
Yeni fərmana əsasən, SOCAR-ın İdarə Heyətinin (İH) üzvlərinin sayı 14-dən 12-yə endirilib.
İH-nə Şirkətin prezidenti, I vitse-prezidenti, eləcə də geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə 10 vitse-prezident daxildir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər