İqtisadiyyat

SOCAR-dan benzinin bahalaşması ilə bağlı açıqlama 

16 Sentyabr, 2021
1638

SOCAR Trading

““Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir. Qiymətlər həm qalxır, həm də düşür. Ötən il "Aİ-95" markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü.  Sonra isə tədricən artmağa başladı. Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”.

Bunu sentyabrın 16-da SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İctimai TV"-nin efirində benzin qiymətlərinin bahalaşmasını şərh edərkən bildirib. "Qafqazinfo"-nun məlumatında bildirilir. 

İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycanda ümumi yanacaq istehlakına baxanda, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və “Aİ-92” markalı benzinin üzərinə düşür: 

"Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. “Aİ-95” və “Premium” markalı benzini istehlakı isə cəmi 2 faizdir. Amma tədricən "Premium" və "Super" markalı benzinin növlərinin də istehsalı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox avtomobillər məhz bu markalı benzin üçün nəzərdə tutulub. 

"Premium" və "süper" markalı benzin orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. 

Bu markalı benzinə alternativlər elektromobillər hesab edilir. "Premium" markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, zənnimcə, onlar bu avtomobillərə keçə bilərlər”.

SOCAR rəsmisinin sözlərinə görə, Azərbaycanda bir sıra şirkətlər özləri benzini idxal etmirlər:

“SOCAR onlara benzini topdansatış qiyməti ilə satır. Burada cüzi fərq ola bilər. Onlar da təxminən eyni qiymətə alıcıya satırlar. Sövdələşmə ilə bağlı məsələlərə SOCAR səlahiyyətli deyil. Buna aidiyyəti qurumlar cavab verə bilər. Müxtəlif ölkələrdə SOCAR yanacaq satışını pərakəndə şəkildə həyata keçirir. Həmin ölkələrdə dövlət qurumları SOCAR-a və başqa bazar iştirakçılarına qarşı iddialar qaldıra bilərlər. İddialara şirkət etiraz edə bilər, məhkəməyə gedə bilər. Ali Məhkəmənin qərarı artıq hökm olur. Azərbaycan da hüquqi dövlətdir. Burada dövlət hansı qərarı çıxaracaqsa, SOCAR da o qərarı qəbul etmiş olacaq”.

 İbrahim Əhmədov bildirib ki, gələcəkdə "Premium" markalı benzin də ölkə daxilində istehsal olunacaq: “2022 və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə "Aİ-92" markalı və "Aİ-95" markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq”.

Sentyabrın 15-dən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN-ə qalxıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Söyüdlü hadisələri şirkət səhmlərini 80% ucuzlaşdırıb

Toplum TV
28 Sentyabr 2023

angloasianmining.com

Gədəbəyin Söyüdlü kəndində qızıl, gümüş və mis hasilatı ilə məşğul olan "Anglo-Asian Mining Plc." şirkətinin səhmləri 80% dəyər itirib. Toplum TV "Reporta"-a istinadən xəbər verir ki, bu haqda sentyabrın 28-i şirkətin baş direktoru Reza Vəziri açıqlayıb. Belə ki, Söyüdlü kəndində baş verən hadisələr Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin səhm dəyərlərinə ziyan vurub. Şirkət direktoru açıqlamasında, yenidən birja qiymətlərini artırmaq üçün çalışacaqlarını qeyd edib. "Hazırda qiymətlərdə 80 % azalma müşahidə olunur. Düşünürəm ki, şirkətə böyük ziyan dəysə də, bu, bizim bazardan çıxmağımıza səbəb deyil və yenidən birjalarda səhmlərin qiymətlərini artırmaq üçün çalışacağıq", - Vəziri bildirib. https://toplum.tv/olke/psoumlyuumldluumldeki-zavodun-fealiyyeti-uumlccediluumln-sertler-accediliqlanibp Xatırladaq ki, iyunun...
İqtisadiyyat

Ölkə banklarının xalis mənfəəti 23% artıb

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın bank sektoru son 8 ay ərzində 724.2 milyon manat xalis mənfəət qazanıb. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 26-ı Mərkəzi Bank açıqlama yayıb. Belə ki, 2023-cü ilin yanvar-avqust aylarında əldə edilmiş mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 22.9% artıb. Qeyd edilən dövr ərzində, bankların əməliyyat mənfəəti isə 1064 milyon manata bərabər olub. Ümumillikdə, banklar tərəfindən sentyabradək 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-muumldafie-ve-tehluumlkesizlik-xerclerini-artirirp Bildirək ki, Mərkəzi Bank 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru tərəfindən 589.4 milyon manat xalis mənfəət əldə edildiyini bildirib.

Seçilmiş Videolar

Toplum TV loqo