İqtisadiyyat

SOCAR-dan benzinin bahalaşması ilə bağlı açıqlama 

16 Sentyabr, 2021
167

SOCAR Trading

““Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir. Qiymətlər həm qalxır, həm də düşür. Ötən il "Aİ-95" markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü.  Sonra isə tədricən artmağa başladı. Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”.

Bunu sentyabrın 16-da SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İctimai TV"-nin efirində benzin qiymətlərinin bahalaşmasını şərh edərkən bildirib. "Qafqazinfo"-nun məlumatında bildirilir. 

İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycanda ümumi yanacaq istehlakına baxanda, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və “Aİ-92” markalı benzinin üzərinə düşür: 

"Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. “Aİ-95” və “Premium” markalı benzini istehlakı isə cəmi 2 faizdir. Amma tədricən "Premium" və "Super" markalı benzinin növlərinin də istehsalı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox avtomobillər məhz bu markalı benzin üçün nəzərdə tutulub. 

"Premium" və "süper" markalı benzin orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. 

Bu markalı benzinə alternativlər elektromobillər hesab edilir. "Premium" markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, zənnimcə, onlar bu avtomobillərə keçə bilərlər”.

SOCAR rəsmisinin sözlərinə görə, Azərbaycanda bir sıra şirkətlər özləri benzini idxal etmirlər:

“SOCAR onlara benzini topdansatış qiyməti ilə satır. Burada cüzi fərq ola bilər. Onlar da təxminən eyni qiymətə alıcıya satırlar. Sövdələşmə ilə bağlı məsələlərə SOCAR səlahiyyətli deyil. Buna aidiyyəti qurumlar cavab verə bilər. Müxtəlif ölkələrdə SOCAR yanacaq satışını pərakəndə şəkildə həyata keçirir. Həmin ölkələrdə dövlət qurumları SOCAR-a və başqa bazar iştirakçılarına qarşı iddialar qaldıra bilərlər. İddialara şirkət etiraz edə bilər, məhkəməyə gedə bilər. Ali Məhkəmənin qərarı artıq hökm olur. Azərbaycan da hüquqi dövlətdir. Burada dövlət hansı qərarı çıxaracaqsa, SOCAR da o qərarı qəbul etmiş olacaq”.

 İbrahim Əhmədov bildirib ki, gələcəkdə "Premium" markalı benzin də ölkə daxilində istehsal olunacaq: “2022 və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə "Aİ-92" markalı və "Aİ-95" markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq”.

Sentyabrın 15-dən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN-ə qalxıb.

İqtisadiyyat

Ölkəyə xarici investisiya qoyuluşu kəskin azalıb – “Qeyri-neft sektoru xarici investorlar üçün cəlbedici deyil”

Məzahir Abdurahmanov
18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

“Bizdə neft sahələrinə edilən investisiyaların həcmi digər sahələrə edilən investisiyalardan qat-qat yüksəkdir. Ölkədə digər sahələr inkişaf etsəydi, onda investisiyalar da bu qədər azalmazdı”. Bunu Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri şərh edərkən iqtisadçı Toğrul Maşallı “Toplum Tv”-yə deyib. Statistika Komitəsinin açıqlamasına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib. Komitənin məlumatında qeyd olunub ki, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar  9,7 %, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 8% azalıb. Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 6 303,6 milyon manatını və yaxud 65,9 %-ini...
İqtisadiyyat

İqtisadçılar prezidentin sərəncamını şərh edir: "Çox ciddi sosial gərginlik yaranacaq"

17 Oktyabr 2021

Sosial Media

Prezident İlham Əliyev əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib. İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda deyilir ki, Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini təqdim etsin. Sərancamda qeyd olunub ki, son illərdə əhalinin rifah halının artırılması istiqamətində ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb: "Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının...
Seçilmiş Videolar