Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb. Belə ki, dünya bazarında "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% bahalaşıb.
"OilPrice.com" yanvarın 21-də xəbər verib ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib.
Dünya bazarında "Brent" markalı neftin bir bareli isə hazırda 55.98 dollardan satılır.
Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,02 ABŞ dolları və ya 1,84 % artıb.
"OilPrice" platformasının yanvarın 20-də verdiyi xəbərə görə, Azərbaycan neftinin bir barelinin qiyməti son satışlarda 56,39 ABŞ dolları təşkil edib.
"Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınmışdı.