İqtisadiyyat

SOCAR pulsuz başa gələn qazı əhaliyə pulla satır?

2 İyul, 2021
741

Açıq mənbələrdən götürülüb

"2020-ci ilə qədər təqribən 40-45 mlrd. m3 təbii qaz ölkəmizə SOCAR-a pulsuz verilib"

"Toplum TV" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli özünün "Feysbuk" hesabında yazıb. 

Ekspertin sözlərinə görə, neft şirkətinin fəaliyyəti effektiv deyil. Sözügedən yazını təqdim edirik:

"Azərbaycanda 1994-cü ildə imzalanmış “Azəri-Günəşli-Çıraq” yatağı ilə bağlı neft sazişinə görə, həmin platformalarda əldə edilən səmt qazı ölkəmizə pulsuz verilir. Platformada iş başlayandan 2020-ci ilə qədər təqribən 40-45 mlrd. m3 təbii qaz ölkəmizə, SOCAR-a pulsuz verilib.

2021-ci ilin ilk rübündə, yəni, yanvar-mart aylarında ABƏŞ (BP-nin operatoru olduğu əməliyyat şirkəti) SOCAR-a 1 mlrd. m3 səmt qazını pulsuz verib. Ölkə əhalisinin təbii qazdan istifadəsi təqribən 4,5 mlrd. m3-dir (istehlakın 48%-ə yaxını Bakı və Abşeronun payına düşür), hər il ABƏŞ ortalama 2,5-3 mlrd. m3 qazı SOCAR-a pulsuz verir, Rövnəq müəllimin (Rövnəq Abdullayevi nəzərdə tutur - red.) qohumlarının şirkəti səmt qazının ancaq daşınması üçün cüzi xərc çəkir.

Deməli, ABƏŞ bu il SOCAR-a 1 mlrd. m3 pulsuz qaz verib, SOCAR isə utanıb qiyməti aşağı salmaqdansa, əhali üçün qiyməti qaldırır. Hökumət 2020-ci ilin avqustunda İnvestisiya Holdinqi yaradanda elan etmişdi ki, dövlət şirkətlərinin idarəetməsini optimallaşdıracaq, izafi xərcləri azaldacaq, effektivliyi artıracaq – amma 1 ildə heç nə etmədilər, bir tək Müşahidə Şurası yaratdılar ki, onlar da nə işlə məşğul olduqlarını heç özləri də bilmirlər: Əgər SOCAR-ı Müşahidə Şurası idarə edirsə, Rövnəq müəllim və dost-qohumları nə işlə məşğuldular?! Yox, əgər SOCAR-ı hələ də Rövnəq müəllimgil idarə edirsə, bu Müşahidə Şurası nəyə lazımdır?!

Daha bir detal: formal olaraq Mikayıl Cabbarov Tarif Şurasının rəhbəridir, amma SOCAR Müşahidə Şurasına da rəhbərlik edir. Mənə maraqlıdır, dünən qəbul olunan qərarın mexanizmi necə olub?! SOCAR-a de-yure rəhbərlik edən Mikayıl müəllim özü-özünə, yəni Tarif Şurasının rəhbəri Mikayıl müəllimə müraciət edib?! Görəsən SOCAR-ın de-yure rəhbəri Mikayıl müəllimin müraciətinə, Tarif Şurasının de-fakto rəhbəri Mikayıl müəllim necə reaksiya verib?! Aydındır ki, ölkədə qiymət artımı ilə qərarları bir nəfər – prezident Əliyev verir, amma prosedur qaydaları insanı kədərli şəkildə gülümsədir..."

İqtisadiyyat

Türkmən neftinin BTC ilə nəqli Azərbaycana nə qazandıracaq?

Roza Məmmədova
16 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan oktyabrın əvvəlindən 1 milyon ton Türkmənistan neftini Avropaya daşıyacaq. Bu barədə avqustun 13-də Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və İsveçrə-Hollandiya şirkəti "Vitol" arasında razılıq əldə olunub. Məlumata görə, neftin Bakı-Tbilisi-Ceyhan neft magistral boru kəməri (BTC) ilə ixrac edilməsi planlaşdırılır.  Belə ki, SOCAR Türkmənistan neftini tankerlərlə Xəzər dənizi üzərindən  Avropaya nəql edəcək. Qeyd edək ki, Tükmən neftinin BTC ilə nəql edilməsinə, 2010-cu ildən başlanılıb. Bəs türkmən neftinin BTC ilə nəqli tranzit ölkə kimi Azərbaycana nə qazandıracaq? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Toplum TV”-yə açıqlamasında deyir ki, Tükmən neftinin BTC ilə nəql edilməsi iqtisadi cəhətdən...
İqtisadiyyat

SOCAR-dan benzinin bahalaşması ilə bağlı açıqlama 

16 Sentyabr 2021

SOCAR Trading

““Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir. Qiymətlər həm qalxır, həm də düşür. Ötən il "Aİ-95" markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü.  Sonra isə tədricən artmağa başladı. Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”. Bunu sentyabrın 16-da SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İctimai TV"-nin efirində benzin qiymətlərinin bahalaşmasını şərh edərkən bildirib. "Qafqazinfo"-nun məlumatında bildirilir.  İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycanda ümumi yanacaq istehlakına baxanda, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi...
Seçilmiş Videolar