İqtisadiyyat

“Sovetski”də general ailəsinin şirkəti tikinti aparacaq

Aytac Məmmədli
23 May, 2022
3295

spdo.com.tr

Keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevin ailəsinə məxsus inşaat qrupu tikinti üçün icazə alıb

“Fed.az” məlumat yayıb ki, Yasamalda yerləşən, «Sovetski» adı ilə tanınan ərazidə böyük tikinti layihələri planlaşdırılır. Ərazidə yeni yaşayış kompleksinin salınacağı gözlənilir.

Tikinti işləri Abdulla Şaiq küçəsi boyunca, «Nizami» metro stansiyasının arxası və ona bitişik əraziləri əhatə edəcək. 

spdo.com.tr

İlkin layihəyə görə, yaşayış kompleksi Qış Parkı ilə Mərkəzi Parkın arasında yerləşəcək və buradakı inzibati binalara toxunulmayacaq. 

“Baku Master Plan” layihəsinin müəllifi “SP Architects” öz saytında şəhərin bu hissəsinin gələcək görüntülərini də paylaşıb. Lakin şirkət layihə sifarişçisinin kimliyini açıqlamayıb.

spdo.com.tr

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “ToplumTV”-yə bu ərazidə hər hansı tikintinin aparılması üçün quruma müraciət olunmadığını bildiriblər. Amma müxbirimiz reyestrin online portalında həmin ərazidə inşa ediləcək üç yaşayış binası və bir ticarət müəssisənin inşasına icazə sənədinin olduğunu aşkarlayıb.

açıq mənbədən götürülüb

Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə inşasına icazə alınmış tikinti layihələrinin sifarişçisi "SR Construction" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Screenshot

Üç ədəd bir girişli, 16 mərtəbəli yaşayış binasının tikinisinə icazə sənədi 2020-ci ilin sentyabrında verilib, Abdulla Şaiq küçəsi 245A ünvanında ticarət müəssisənin inşasına icazə isə bu ilin fevralında alınıb.

“SR Construction” ölkədə tikinti sektorunda mühüm paya sahibdir. Teras Park, Əhmədli Park, Nizami Park yaşayış komplekslərinin inşası da bu şirkətə məxsusdur.

Şirkət “SR” Şirkətlər Qrupunun müəssisələrindən biridir. “SR” qrupun tərkibinə daxil olan törəmə şirkətlər inşaat, tibb, məişət kimyası, avtomobil, elektronika satışı və satışdan sonra xidmət sahələrində fəaliyyət göstərir.

Şirkətin 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevə məxsus olduğu bildirilir. “SR Group”un adının da generalın oğlanları - Sahil və Rahilin adlarının baş hərfləri olduğu güman edilir.

Elə generalın oğlu Sahil Nağıyev də “Linkedin" sosial şəbəkəsində şirkətin həmtəsisçisi olduğunu qeyd edib.

Screenshot

2014-cü ildə Sovetskidəki yaşayış evlərinin sökülməsi sakinlərin etirazı ilə qarşılanmışdı. Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov o zaman həmin ərazilərin abadlaşacağını, geniş yolların, istirahət zonalarının salınacağını söyləmişdi. Keçmiş başçı sakinləri əmin etmişdi ki, bu ərazidə heç bir tikinti işləri aparılmayacaq.

SR GROUP şirkətinin mövqeyini öyrənmək üçün quruma müraciət etsək də, jurnalist olduğumuzu öyrəndikdən sonra məşğul olduqlarını deyib, daha sonra zəng vurmağımızı istədilər, lakin gün ərzində etdiyimiz zənglərə cavab verilmədi.

İqtisadiyyat

Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi

21 İyun 2022

Açıq mənbələrdən götürülüb

İqtisadçı Fərid Mehralızadə Bakı Araşdırmalar İnstitutunda Qarabağ müharibəsi iştirakçılarının narazılıqlarını və bunun səbəblərini tədqiq edən məqaləsi çıxıb. Toplum Tv məqalənin aktuallığını nəzərə alıb oxucularına təqdim edir:  Son dövrlər İkinci Qarabağ Müharibəsində xəsarət almış müharibə iştirakçıları müraciətlərinə baxılmaması, əlilliklərinin qeydə alınmaması və yaşadıqları sosial-iqtisadi problemlər ilə bağlı tez-tez Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiyalar keçirir. Həmçinin, sosial şəbəkələrdə qazilərin müalicəsi və digər ehtiyacları üçün xeyriyə kampaniyaları təşkil edilir. Bu kimi məqamlar cəmiyyətdə müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial siyasətin effektivliyi ilə bağlı müzakirələrə səbəb olub. Bəs hökumətin müharibədə həlak olan və yaralanan şəxslərlə bağlı atdığı addımlar nədən ibarətdir...
İqtisadiyyat

Dollar, rubl və manat – nə gözlənilir? 

Vüsalə Mikayıl
17 İyun 2022

day.az

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini qaldırdıqdan sonra dolların bahalaşması gözlənilir. Dünya iqtisadiyyatına əhəmiyyətli təsiri olan bu qərarın manatın və rublun məzənnəsinə təsiri necə olacaq?  Amerika bank sistemi üçün daxili istiqrazların dəyərini müəyyən edən dərəcənin belə kəskin artımı 1994-cü ildən sonra ilk dəfə həyata keçirilir.  CNN qeyd edir ki, artım analitiklərin gözləntilərinə uyğundur. İyunun 10-a qədər dərəcələrin 0,5% artırılacağı gözlənilirdi, amma 1981-ci ildən bəri ən yüksək inflyasiya barədə məlumatlar dərc olunandan sonra FED-in daha qətiyyətli tədbir görəcəyi məlum olub. Federal Ehtiyat Sisteminin direktorlar şurasının rəhbəri Cerom Pauell bildirib ki, iyulda dərəcələr daha 0,5-0,75% artırıla bilər.  Mərkəzi Bank istəmədikcə... Qərardan...

Seçilmiş Videolar

Toplum TV loqo