İqtisadiyyat

Statistika Komitəsi: İllik inflyasiya 12, 6% təşkil edib

10 İyun, 2022
996

Açıq mənbələrdən götürülüb

Ən çox bahalaşan ərzaq məhsulların adları məlum olub

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 112,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9 %, qeyri-ərzaq məhsulları üzrə 106,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.

Bu barədə iyunun 10-da Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ilin may ayında istehlak qiymətləri indeksinin əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin may ayına nisbətən 113,7 % təşkil etdiyi qeyd olunub

2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 %, əvvəlki ilin may ayına nisbətən 120,2 % təşkil edib.

Komitənin məlumatında bu göstəricilər yer alıb: 

May ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. 

Ötən ay əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma inşaat materiallarının, parçaların, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub. 

May ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 %, əvvəlki ilin may ayına nisbətən 110,3 % təşkil edib. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, minik avtomobillərinin və mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini artırdı

29 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılıb. Toplum Tv xəbər verir ki, bu barədə martın 29-da Mərkəzi Bankdan məlumat verilib.  Bildirilir ki, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib. "İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin fevral ayından başlayaraq bütün...
İqtisadiyyat

Azərbaycanla Rusiya arasında yeni gömrük postu istifadəyə verilib

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub. APA xəbər verir ki, açılış mərasimində Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri  Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-40-50-milyard-borc-goumltuumlrmek-isteyirp Bildirilir ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da...

Seçilmiş Videolar

Toplum TV loqo