İqtisadiyyat

Şuşaya çəkilən yolun nə vaxt istifadəyə veriləcəyi məlum oldu

22 Fevral, 2021
68

APA

"Bakı-Hacıqabul-Mincivan yolunun Şuşaya çəkilən 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır".

Bu barədə fevralın 22-də AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə çıxış edərək deyib.

Məlumata görə, yol keçəcək ərazi hələ tam olaraq minadan təmizlənməyib. Yol ikinci dərəcəli avtomobil yolu kimi istifadəyə veriləcək.
"Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək", - S. Məmmədov qeyd edib (APA).

İqtisadiyyat

Bitkoinin qiyməti 50 min dolları keçdi

8 Mart 2021

CNBC

Dünyanın əsas kriptovalyutası, bitkoinin dəyəridaha 5,1 % artaraq 51,3 min ABŞ dollarına çatıb. Bu barədə martın 8-də CNN məlumat verib.  Bitkoin ötən ilin dekabr ayının 2-ci yarısından sonra sürətlə bahalaşmağa başlayıb. Dekabrın 16-da kriptovalyutanın qiyməti 20 min dolları keçib və 2017-ci ildə dəyər rekordı qırıb.
İqtisadiyyat

Neftin qiyməti 70 dolları keçdi

8 Mart 2021

BBC

Dünya bazarında "Brent" markalı neftin satış qiyməti 70 dolları keçib. "Oilprice.com"-un verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti 1,78% artaraq, bir barel üçün 70,78 dollara çatıb. "Brent"in bir barelinin qiyməti ötən il yanvarın 8-dən bəri ilk dəfə olaraq 70 dolları keçir.  "WTI" markalı neftin bir barrelinin qiymətinin isə 1,72% artaraq, 67,41 dollara yüksəldiyi bildirilir.
Seçilmiş Videolar