İqtisadiyyat

TAP-la Avropaya 15 milyard kubmetrdən çox qaz nəql edilib

Vüsalə Mikayıl
23 Avqust, 2022
569

Azərbaycandan TAP boru kəməri ilə Avropaya 15 milyard kubmetrdən çox qaz nəql edilib.

Bu barədə TAP konsorsiumun rəsmi  "Twitter" hesabında yazılıb.

Məlumatda yazılıb ki, TAP boru kəməri ilə ilk qaz nəqlinə başlanılan 31 dekabr 2020-ci il tarixindən bəri Avropaya 15 milyard kubmetrdən çox qaz nəql edib.

Azərbaycan təbii qazını Avropaya nəql edən TAP maksimum ötürmə gücünü son bir neçə gündə artırıb. 

Bu gün ərzində 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsi, illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. 

TAP-ın tikinsinə 2020-ci ilin oktyabr ayında yekun vurulub. 

Onun ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. 

Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Çin necə avtomobil sənayesinin lideri oldu?

Yadigar Sadıqlı
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Keçən il Çin Almaniyanı qabaqladı və dünyada ikinci ən böyük avtomobil ixracçısı oldu. Bu il isə lideri də – Yaponiyanı – ötdü. Çinin dünya avtomobil bazarında hökmranlığı proqnozdan reallığa çevrilir. Qərb bütün dünyanın alman, fransız, yapon və amerikan maşınlarında gəzdiyi dövrü qaytarmaq üçün təcili yollar axtarır. “Çində hazırlanıb” damğası vurulan əsas ixrac markası hələ ki, “Tesla”dır. Amma tədricən təkcə batareyalar deyil, Çinin özünün hazırladığı avtomobillər də daxildə istehlakçı tapır və dünya bazarına çıxır. Çin cəmi 10 il ərzində gələcəyin avtomobil sənayesini yaratdı və ixracda liderliyə yiyələndi. Bunu necə bacardı?   Partiyaya, Putinə və böhrana təşəkkür Sənayenin işə salınmasında Çin hakimiyyətinin...
İqtisadiyyat

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6,42 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, əvvəlki dövrlə müqayisədə 6% çoxdur.  Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 21-də Maliyyə Nazirliyi məlumat yayıb.  Nazirlik 2024-cü il üzrə dövlət büdcəsinin xərclərini ümumən 36.3 mlrd. manat həcmində proqnozlaşdırıb. https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-illik-inflyasiya-12-den-asagi-duumlsuumlbp Bildirilir ki, dövlət büdcəsinin neft-qaz gəlirləri gələn il 17 mlrd. manata yaxın olacaq. Dövlət Neft Fondundan büdcəyə transfertlər isə 9%-ə yaxın artırılacaq. Belə ki, transfertin məbləği 12 milyard 781 milyon manat proqnozlaşdırılıb. Maliyyə Nazirliyi manatın məzənnəsinin gələn il də sabit qalacağını qeyd edib.

Seçilmiş Videolar

Toplum TV loqo