Türkiyə Azərbaycana Qarabağda kənd təsərrüfatının dirçəldilməsinə kömək edəcək
Açıq mənbələrdən götürülüb
Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini təcəssüm etdirən abidə ucaldılacaq.
Abidə Azərbaycan dövlətinin I Dünya müharibəsində Osmanlı imeratorluğu ilə eyni cəbhədə mübarizə apardığını və “İki dövlət və bir millət” ruhunu nümayiş etdirəcək. "Report"un iyulun 7-də verdiyi məlumatda deyilir.
Məlumata görə, abidənin 2021-2022-ci illərdə ucaldılması nəzərdə tutulur. Onun yeri hələ ki, müəyyənləşdirilməyib.
Həmçinin məlum olub ki, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən Böyük Mərkəkan qalası və Tuba Şah məscidində restervasiya işləri aparacaq. Bərpa işləri 2021-2022-ci illərdə reallaşdırılacaq.
Bildirilir ki, Türkiyə Azərbaycanın işğaldan azad edilən ərazilərinin yenidən kənd təsərrüfatı üçün yararlı hala gətirilməsinə də dəstək göstərəcək.
Bununla bağlı iki ölkə arasında “Qarabağda kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu və Fəaliyyət Planı” hazırlanacaq.
Məlumata görə, sənəd bu ilin sonunda imzalanacaq.
Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi
Açıq mənbələrdən götürülüb
day.az
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"