İqtisadiyyat

Türkiyəyə şəxsiyyət vəsiqəsilə getmək imkanı Azərbaycana nə qazandıracaq? - Ekspert açıqlayır

Roza Məmmədova
1 Aprel, 2021
111

Açıq mənbələrdən götürülüb

Bu gündən etibarən Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaq.

 “Toplum TV”-yə danışan iqtisadçı Rəşad Həsənovun fikrincə, bu, hər iki ölkənin ticarət və iqtisadi münasibətlərinin inkişafı üçün müsbət addımdır.

“Türkiyə bir neçə istiqamətdə-səhiyyə, ticarət, turizm və s. sahəsində Azərbaycanın əhəmiyyətli tərəfdaşlarından biridir. Səfər imkanın sadələşdirilməsi Azərbaycana gələn turistlərinin sayının artmasına, ticarətin canlamasına təsir edəcək”.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında əsas əngəl viza rejiminin mövcudluğu olub: “O da bir neçə il bundan əvvəl ləğv olundu. İndi şəxsiyyət vəsiqəsi ilə hərəkət müəyyən mənada səfər xərclərini azalda bilər. Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsinin xaricə səfərləri adətən Türkiyəyədir.

Xüsusilə də Naxçıvan Muxtar Respublikası əhalisinin böyük hissəsi Türkiyədə əmək bazarının iştirakçısıdır. Azərbaycan vətəndaşları hər hansı məqsədlə Türkiyəyə səfər etdiyi halda artıq onların zaman itirməsinə, əlavə xərc çəkməsinə ehtiyac qalmır. Yəni şəxsiyyət vəsiqəsi ilə hərəkət bu istiqamətdə  xərcləri müəyyən qədər azalda  bilər”.

Rəşad Həsənov - Sputnik

Türkiyə ölkəyə xaricdən gələn turistlərin sayına görə, bu ölkə ilk üçlükdə yer alır. Təkcə 2020-ci ildə buradan gələnlərin sayı 20%-dən bir qədər artıq olub. Ötən il Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı isə 16% təşkil edib.

İqtisadçı bu rəqəmlərin əhəmiyyətli dərəcədə artacağını ehtimal edir.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının əhəmiyyətli hissəsinin pasportunun olmaması onların xaricə səfər edə bilməmə səbəblərindən biri olub.

“Azərbaycan Türkiyə vətəndaşlarına pasport tələbi qoymayacağından bu, ölkəyə səfərlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Beləcə, ölkə iqtisadiyyatının xüsusilə də postpandemiya dövründə şaxələndirilməsi baxımından bu, çox vacib məsələdir".

Qüvvəyə minən qanuna görə, etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

 

İqtisadiyyat

Bakının kirayə bazarında nə var, nə yox?

10 Aprel 2021

Açıq mənbələrdən götürülüb

Ötən ilin payızında cəbhə xəttinə yaxın bölgələrdən, eləcə də bir neşə dəfə raket zərbəsinə məruz qalan Gəncədən Bakıya gələnlərin sayı kirayə bazarında bir qədər canlanma yaratsa da, atəşkəsdən sonra onların geri qayıtması, eləcə də koronavirusla bağlı karantin rejiminin bir müddət sərtləşdirilməsi təsirsiz ötüşmədi.  Üstəlik də pandemiya ucbatından ali məktəblərin distant təhsilə, özəl şirkətlərin bəzisinin evdən işləməyə üstünlük verməsi də kirayə evlərə tələbatı azaltdı. Paytaxtın Nərimanov rayonunda yerləşən 3 otaqlı mənzilini kirayə verməklə dolanan 62 yaşlı Əzizə İsmayılova bir il əvvələ qədər evini tələbələrə 450 manata kirayəyə verirmiş. “Dolanışığım bundan çıxırdı. İndi məktəblər bağlanıb, tələbə də yoxdur, pul da”. Pandemiya dövründə...
İqtisadiyyat

IDI: Bakı-Abşeron zonası ilə digər regionalar arasında kəskin fərqlər qalmaqda davam edir

10 Aprel 2021

IDI

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri sosial-iqtisadi inkişafda regional qeyri-bərabərlik probleminə dair araşdırma sənədi hazırlayıb. Bu siyasət sənədində son 2002-ci ildən bəri ölkədə regional sosial-iqtisadi inkişafdakı qeyri-bərabərliyin azaldılması və bölgələrin tarazlı inkişafına nail olmaq sahəsində hökumətin həyata keçirdiyi siyasətlər təhlil olunur və bu siyasətin təkmilləşdirilməsi üzrə tövsiyələr işlənilib. Araşdırmanın birinci hissəsində regional sosial-iqtisadi inkişafda qeyri-bərabərliyin mövcud vəziyyəti rəsmi statistik məlumatlar əsasında təhlil olunur və onun səbəbləri araşdırılır.  Tədqiqatda daha sonra bu problemin aradan qaldırılması istiqamətində hökumətin indiyədək həyata keçirdiyi siyasət addımları araşdırılır.Bu siyasətin nəticələri və əldə olunan nəticələr təqdim olunur.  Eyni zamanda regionların sosial-iqtisadi...
Seçilmiş Videolar