İqtisadiyyat

“Vatsap”ın təhlükəsizlik şərtləri dəyişir, ya dəyişmir?

12 Yanvar, 2021
866
FOTO: "Quartz" 
 
Bu gün "Vatsap” müxtəlif sosial media hesablarından açıqlama yayaraq şəxsi məlumatların təhlükəsizliyinə təminat verdi: "Bəzi şaiyələrə cavab olaraq əminliklə bildirmək istəyirik ki, sizin şəxsi mesajlarınızı əvvəldən axıra şifrələmə ("end to end encryption”)  ilə qorumağa davam edəcəyik. Bizim gizlilik razılaşmasında olan yeniliklər sizin dostlarınız və ailəniz arasında olan  mesajlarınızın məxfiliyinə təsir etmir”.

Bu açıqlamaya yazılan rəylərdə bir çox insan şirkətin gecikdiyini və artıq başqa platformalardan istifadə etdiyini bildirib.

Daha əvvəl dünyanın bu ən böyük mesaj platforması istifadə şərtləri və məxfilik siyasətini dəyişəcəyini açıqlamış, fevralın 8-nə kimi yeni şərtləri qəbul etməyənlərin platformadan istifadə edə bilməyəcəyini bildirmişdi. 

Bu açıqlama istifadəçi məlumatlarının təhlükəsizliyi və gizliliyi baxımından qlobal miqyasda müzakirələrə səbəb oldu. "Tesla” şirkətinin baş icracı direktoru (CEO) İlon Mask "”Signal”dan istifadə edin” tviti paylaşaraq izləyicilərini başqa platformaya keçməyə yönlənləndirdi. "Toplum TV” Azərbaycandakı  "Vatsap” istifadəçiləri arasında da mübahisə mövzusu olan bu məsələyə  ekspertlərin rəyini öyrənib.
 

Tural Quliyev (Foto: Sosial Media) 

İnformasiya Texnologiyaları üzrə ekspert Tural Quliyev sistemin əvvəllər də belə çalışdığını deyib: "Bilənlər bilirdi. Sadəcə indi hüquqi baxımdan rəsmiləşdirildiyi üçün qorxu yaranıb. "Quql" da belə sistemlə işləyir. Məsələn, orda axtardığınız hər hansı əşyanın reklamına "Instaqram”da və "Feysbuk”da daha çox rast gəlməyə başlayırıq. Algoritimlər standart sözləri seçib qarşımıza onlara uyğun reklamlar çıxarır. "Feysbuk” şirkəti "Vatsap”ı satın alandan sonra narazılıqlar oldu ki, bu, istifadəçilərin xəbəri olmadan edilir. Buna əsasən də indi "Vatsap” qarşı tərəfə məlumat veriri ki, razılaşmalısız. Problem nədən yaranır? İnsanlara seçim şansı verilmir, deyilir ki, razılaşmasanız, istifadə edə bilməyəcəksiniz. Təhlükə bu şərtin harasındadır?  Açıq- aydın deyir ki, təhlükə yoxdur. Əvvəlki sistem işləyəcək”. 
 

Vahid Qasımov (Foto: Sosial Media) 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Vahid Qasımovsa qurumun açıqlamanı belə şərh edib: "Əvvəl  məlumatlarımızdan "Vatsap” özü istifadə edirdi, yeni məxfilik razılaşmasını qəbul edəndən sonra bunu "Feysbuk” da edə biləcək. Məlumat bazası daha çox marketinq siyasətini müəyyənləşdirmək üçün lazımdır. 

İstinasız olaraq bütün platformalar istifadəçilərin şəxsi məlumatlarından istifadə edir. Onları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən qorumağa ehtiyac yoxdur. 

Siravi Azərbaycan vətəndaşına aid hansı məlumat Mark Zükerberqi maraqlandıra bilər ki? Misal üçün, səsli mesajlar şifrələnərək göndərilir – başqaları açıb istifadə edə bilməsinlər deyə. Amma o şifrələrin hamısı dövlət təhlükəsizlik orqanlarında mütləq var, şirkətlərin özlərindən alıblar. Ona görə də İnterpoldan, ya da MKİ-dən nəsə gizlətmək alınmayacaq. GDPR-ə - Ümumi Məlumatların Qorunması Qaydaları kimi qlobal qanuna qoşulmaq üçün gərək ona adiyyatın olsun, bizim adiyyatımız yoxdur axı. Biz istifadəçiyik, başqasının servisindən pulsuz istifadə edirik və hələ bir haqq-hüquq da istəyirik. Siz "Vatsap”dan  istifadə üçün pul verməmisiz ki, ondan nəsə tələb edəsiz. Ümumiyyətlə, iki cür məlumat var - gizli və gizli olmayan. Sizin sosial şəbəkələrdə yazdığınız yazılar, rəsmi sənədlərdəki doğum tarixiniz, ünvanınız, fotoşəkliniz, adınız-soyadınız və sairə gizli məlumat hesab oluna bilməz, çünki bütün databazalarda yer alan məlumatlardır. Biz bir az bunu başa düşə bilmirik. Sən kameranı açıb  evində nə etdiyini paylaşırsansa , bu artıq gizli məlumat deyil. Bizim "Gmail”dən göndərdiyimiz məktublar "Quql”un serverində saxlanılır. Biz buna görə onu məhkəməyə verə bilmərik ki, sən niyə bizim məlumatları öz serverində saxlayırsan. O vaxt problem ola bilər ki, qurum sizin məktublarınızı kiməsə sata və ya hardasa çap edə”. 
 

Səməd Rəhimli (Foto: Sosial Media) 

Hüquqşünas Səməd Rəhimli  " Toplum TV "-yə açıqlamasında bildirib ki, "Vatsap"ın yeni şərtləri mülki hüququ pozmur: 

"Avropa Birliyi ölkələrində GDPR adlanan qaydalar toplusu var və həmin qaydalar toplusu fərdi məlumatlarla bağlı şirkətlərin üzərinə öhdəliklər qoyur ki, hansı məlumatlar tələb oluna bilər, hansılar yox. 27 Avropa Birliyi ölkəsi GDPR-i qəbul etdiyi üçün şirkətlər həmin ölkələrlə bağlı fərqli siyasət yürüdürlər. 

Azərbaycanda bu qaydalara uyğun olan fərdi məlumatlar haqqında qanun var. Amma orda şəxsin müqavilə əsasında öz məlumatlarını başqa bir şirkətlə necə tənzimləməsi məsələsinə toxunulmayıb. Ona görə də "Vatsap”ın yeni şərti Azərbaycan qanunvericiliyi baxımından hər hansı problem doğurmur. Məncə, ən düzgün yol məsələnin mülki hüquqdakı müqavilə azadlığına uyğun həll edilməsidir. Şirkətin bu məlumatlardan hansı şəkildə istifadə edəcəyi bəlli deyil. Müəyyən hallarda informasiyaları ABŞ-ın kəşfiyyat orqanlarına ötürüblər. Digər dövlətlərin hüquq-mühafizə orqanlarına da ötürülməsi məsələsi mübahisəlidir,  dəqiq sübutları yoxdur.

Sosial şəbəkələrdəki məlumatlardan istintaq materialı kimi istifadə oluna bilməsi məsələsinə gəlincə, Azərbaycanın hüquq sistemində bu məsələyə dair vahid mövqe yoxdur. Adətən,  sənədlər ekspertizaya göndərilir və məlumatların həmin şəxsə aid telefondan aşkar edildiyi təsdiqlənirsə, sübut kimi qəbul edə bilirlər. Cinayət işlərində məhkəmə qərarı əsasında şəxslərin telefonların alıb "Vatsap" məlumatlarına da baxa bilirlər. Hətta məlumatları müəyyən texniki programlar vasitəsilə bərpa da edirlər. Mülki işlərdə məlumatların audentikliyini - həqiqi olub- olmadığını öyrənmək üçün məhkəmələr özlərini yormurlar, yəni "Vatsap"  məlumatlarını dəlil kimi qəbul etmirlər. Amma cinayət işlərində ekspertizaya göndərilir”. 
 

Günel Gözəlova (Foto: Sosial Media) 

Rabitə və Yüksək texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova isə "Toplum TV”-nin sözügedən məsələylə bağlı sualına bellə cavab verib: "Bu, qlobal məsələ deyil. Şirkət  həmişəki kimi bildiriş göndərib. Ona görə də nazirlik rəsmi açıqlama verməyəcək”.

Nurana Atakişiyeva
Aysel Əzizova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo