Açıq mənbələrdən götürülüb
"Zəfər yolu"nun 2021-ci ilin sentyabrın axırı-oktrabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə avqustun 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Hidayət Rüstəmov məlumat verib.
Məlumata görə, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqdan ibarət olacaq.
AAYDA rəsmisi onu da qeyd edib, Şuşa şəhərinə 2-ci avtomobil yolu I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır, uzunluğu 81.6 km, 4-6 hərəkət zolaqlı olacaq. Bu yol “Zəfər Yolu” ilə müqayisədə 20.3 km qısa olacaq. Onun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulub.
açıq mənbədən götürülüb
azal.az
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”