İqtisadiyyat

Zəngin ruslar ölkədən şəxsi təyyarələrlə qaçır - İstiqamətlərdən biri Bakıdır

28 Sentyabr, 2022
548

Açıq mənbələrdən götürülüb

Rusiyada səfərbərlik elan edildikdən sonra şəxsi təyyarələrdə uçuşlara tələbat kəskin şəkildə artıb. 

Böyük Britaniyanın “The Guardian” nəşri yazır ki, belə uçuşların əsas istiqamətləri Ermənistan, Türkiyə və Azərbaycandır – rusların vizasız daxil ola biləcəyi ölkələr.

“Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov jurnalistlərə bildirib ki, səfərbərlik elan edildikdən sonra uçuşlar üçün müraciətlərin sayı dəfələrlə artıb: “Adətən gündə 50 müraciət alırdıq, indi isə 5 minə yaxındır. Tamamilə ağlasığmaz bir vəziyyət yaranıb”.

https://toplum.tv/dunya/seferberlikden-qacan-ruslar-abs-da-siginacaq-ala-bilecekler

Bıkov əlavə edib ki, onun şirkəti tələbatı ödəmək və qiymətləri aşağı salmaq üçün daha böyük təyyarələrdən istifadə etməyə başlayıb, lakin bu kifayət deyil: "Biz hamı üçün yer tapa bilmirik". 

“The Guardian” yazır ki, şəxsi təyyarədə oturacaq yerinin qiyməti hazırda 1,3-1,5 milyon rubl (təxminən 23 min dollar), səkkiz nəfərlik təyyarənin icarəsi isə beşdən az qala doqquz milyona qədərdir.

"FlightWay" özəl uçuş şirkətinin rəhbəri Eduard Simonov "The Guardian"-a bildirib ki, Ermənistan, Türkiyə, Qazaxıstan və Dubaya uçuşlara tələbat “50 dəfə artıb”. O, həmçinin qeyd edib ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqindən sonra təyyarələrin icarəsi çətinləşib: “Avropanın bütün özəl nəqliyyat şirkətləri bazarı tərk edib. İndi tələb təklifdən çoxdur və qiymətlər altı ay əvvəlki ilə müqayisədə kəllə-çarxa qalıb”.

“The Guardian”ın məlumatına görə, müharibə başlayandan sonra ölkədə yaşayan milyonçuların təxminən 15%-ə qədəri Rusiyanı tərk edib.  
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Bərbər, dərzi və taksi sürücülərinin ödəyəcəyi tibbi sığorta haqqı məlum oldu

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Toplum Tv xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. https://toplum.tv/iqtisadiyyat/azerbaycanda-turizmin-ne-vaxt-tam-berpa-olunacagi-aciqlanib Layihəyə görə, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər,...
İqtisadiyyat

Moped sürücülərinə vəsiqə tələbi qoyulur

28 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq Bu, Milli Məclisə “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. https://toplum.tv/multimedia/endirimde-gosterilen-faizler-ne-derecede-inandiricidir Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

Seçilmiş Videolar

Toplum TV loqo