Manşet

213 yoluxma, 1 ölüm

17 İyul, 2021
64

Sputnik

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. 

Rəsmi məlumata görə, indiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4991 nəfər vəfat edib, aktiv xəstə sayı 1992 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, ötən müddət ərzində isə ümumilikdə 3 905 500 test aparılıb.

Manşet

Azərbaycanın Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub

25 İyul 2021

Müdafiə Nazirliyi

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Manşet

Üç ölkə Bakı Bəyannaməsi imzalayacaq

25 İyul 2021

Açıq mənbələrdən götürülüb

İyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü gözlənilir. Xəbəri Türkiyənin “Anadolu” Agentliyi  yayıb. Bildirilir ki, bu, parlament sədrlərinin üçlü formatda ilk görüşü olacaq. Məlumata görə, görüşdə Bakı Bəyannaməsi də imzalanacaq.
Seçilmiş Videolar