Manşet

ABŞ-la müttəfiqlik etmiş əfqanlar ölkədən çıxarılır

31 İyul, 2021
152

ABŞ-ın Kabildəki səfirliyi - “Radio Svoboda”

ABŞ Əfqanıstanda Amerika hərbçiləri və diplomatları ilə işləmiş əfqanları ölkədən çıxarmağa başlayıb.

 ABŞ qoşunları Əfqanıstandan çıxandan sonra  “Taliban”ın təqibinə məruz qalmaqdan qorxan bu şəxsləri ailələri ilə birlikdə Amerikaya aparırlar.
Onları ilkin mərhələdə Virciniyadakı “Fort Lee” hərbi bazasına aparacaq, bir neçə həftə ərzində tibbi müayinədən keçirəcək və yeni sənədlərini hazırlayacaqlar.  

Sonra ABŞ-da qohumları olanları onların yanına yerləşdirəcək, digərlərini isə Dövlət Departamentinin qaçqın proqramına daxil edəcəklər.

Rəsmi Vaşinqton son 20 ildə ABŞ-a kömək etmiş 2500 əfqanı “Müttəfiqlərin sıığınacağı”
evakuasiya proqramı çərçivəsində ölkədən çıxarmağı planlaşdırır.

 ABŞ Əfqanıstandan qonşu ölkələrə qaçqın axını ilə əlaqədar xüsusi vizaların verilməsinə və onlara humanitar yardım göstərilməsinə təxminən 1 milyard dollar xərcləyəcək.  Bu büdcə artıq Konqres tərəfindən təsdiqlənib (“Radio Svoboda”).

Manşet

Belarus vətəndaşı Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edildi

30 Avqust 2021

İdrak Mirzəlizadə - Açıq mənbələrdən götürülüb

Rusiya Daxili İşlər Nazirliyi stendapçı komik İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib.  Bu barədə Lenta.ru xəbər verir. “İdrak Mirzəlizadə öz publik çıxışında rus millətinə mənsub şəxslərə qarşı nifrət və düşmənçilik aşılayan ifadələrə yol verib. Buna görə də onun Rusiya Federasiyası ərazisində olması digər şəxslərin hüquqlarına və qanuni maraqlarına, ictimai asayişə təhdid kimi qəbul edilir”, - DİN saytında yazılır.  Mirzəlizadə Yutub şəbəkəsində “Razqonı” adlı yumoristik verilişdə səsləndirdiyi zarafata görə Rusiya İXM-nin 20.3.1 (nifrət və ya düşmənçiliyin oyatma, eləcə də insan ləyaqətinin alçaldılması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdu və avqustun 9-da 10 sutka həbsə məhkum edilmişdi. Belarus vətəndaşı olan İdrak...
Manşet

Əlil: "Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi"

30 Avqust 2021

Meydan TV

"Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın”  "Bilirəm ki, bizim də hansısa kağız üzərində hüquqlarımız var, ancaq mən bu hüquqlarımı əlil olduğum son 7 ildə hiss etmədim. Aldığım pensiyanın 130 manatı kirayəpuluna gedir, qalanı da yavan çörəyə... Dərmanlarımı ala bilmirəm. Heç olmasa hökumət mənə əlil kimi birotaqlı ev tikib versə, kirayədən canım qurtarar, kirayəyə verdiyim pulu dərmanıma verərəm”.  Bunu Meydan TV-yə Ağstafa sakini, 1-ci qrup əlil Xəyyam Abdullayev deyir.  "280 manatın 130 manatını ev kirayəsinə ödəyirəm”  Xəyyam Abdullayevin 40 yaşı var. Əvvəllər qaynaqçı işləyib. 7 il əvvəl iş vaxtı hündürlükdən yıxılaraq belindən aldığı xəsarət onu əlil arabasına...
Seçilmiş Videolar