Manşet
ABŞ şirkətləri siyasi qüvvələrə vəsait ayırmağı dayandırdı
12 Yanvar, 2021
68
FOTO: Sosial Media

Vaşintonun mərkəzində baş verən iğtişaşların fonunda bəzi nəhəng Amerika şirkətləri, o cümlədən "Feysbuk", "Maykrosoft" və "Quql" siyasi qüvvələrə ianələr ayırmağı dayandırıblar. 

Bu barədə yerli vaxtla yanvarın 11-də şirkətlərin nümayəndələri CNBC telekanalına açıqlama veriblər. 

"Feysbuk"un nümayəndəsi Endi Stoun bildirib ki, şirkət və ona məxsus olan "İnstaqram" vəsaitlərin ayrılmasını ən azı cari ilin birinci rübünün sonuna qədər dayandıracaq. Bundan əlavə, şirkətin siyasi qüvvələrə ianələrin ayrılmasının normalarını yenidən gözdən keçirəcəyi bildirilib. 

Öz növbəsində "Maykrosoft" şirkəti "ötən həftə baş verən hadisələrin nəticələri qiymətləndirilməyənə qədər" siyasi dairələrə vəsaitlərin ayrılmasını dayandıracaq. İnternet nəhəngi "Quql" və "T-Mobil" telekommunikasiya şirkətinin nümayəndələri də analoji bəyanatla çıxış ediblər. 

"Airbnb" şirkəti isə bildirib ki, Co Baydenin prezident seçkilərindəki qələbəsinin təsdiqinə səs verməyən qanunvericilərə siyasi ianələr ayırmaq niyyətində deyil. AT&T şirkətinin rəhbərliyinin də eyni qərarı qəbul etdiyi bildirilir. 

Həmçinin Britaniyanın BP şirkətinin ABŞ nümayəndəliyi altı ay ərzində heç bir siyasi qüvvəyə vəsait yönəltməyəcəyi açıqlayıb.
Manşet
ABŞ koronavirusa görə Çini günahlandırır
17 Yanvar 2021
ABŞ Departamentinin binası, Vaşinqton D.S. FOTO: unian.info    "Pekin virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edən çinli həkimləri, alimləri və jurnalistləri cəzalandırdı" "ABŞ dəfələrlə COVID-19-un mənşəyi ilə bağlı şəffaf və hərtərəfli araşdırmaya çağırıb. Bu, pandemiyanın mənşəyini anlamaq, qlobal xalq sağlamlığı, iqtisadi bərpa və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - ABŞ Dövlət Departamentinin bəyanatında belə qeyd edilir. Bildirilir ki, bu həftə Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istintaq qrupunun həyati işinə kömək etmək üçün ABŞ hökuməti 2019-cu ildə Çinin dövlət laboratoriyaları daxilindəki fəaliyyətlərlə əlaqədar yeni məlumatlar paylaşır: "Xüsusilə, ÜST-ü aşağıdakıları həll etmək üçün Çin hökumətini sıxmağa çağırırıq". Bəyanatda Vuhan Virusologiya İnstitutundakı xəstəliklər barədə...
Manşet
İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı
17 Yanvar 2021
FOTO: CNN   İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. FOTO: CNN    Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub. FOTO: CNN    Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb. FOTO: CNN    Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb...
Seçilmiş Videolar