Manşet

AİHM Covid-19 peyvəndi şərti gətirən qanundan şikayəti təmin etməyib 

25 Avqust, 2021
541

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransada Covid-19-a qarşı peyvənd olunmanı məcburi edən qanundan verilən şikayəti təmin etməyib. 
 
Bu barədə "aihmaz.org" məlumat yayıb.  
 
Avqustun 5-də Fransada Covid-19-a qarşı peyvənd olunmaq tələbi gətirən, vaksin olunmayanlara işə çıxmağa qadağalar nəzərdə tutan qanun qəbul edilib. 
 
 İctimai sağlamlıq böhranının idarəsini nəzərdə turan qanuna yanaşma mübahisəli olub. 
 
Qanunla müəyyən edilən tələblərlə razılaşmayan Fransa yanğınsöndürmə, təcili yardım xidmətinin (SDİS) 672 üzvü avqustun 19-da birbaşa Avropa Məhkəməsinə müraciət etmişdilər (41950/21, Abgrall və 671 Others vs. France). Ərizəçilər Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 8-ci (şəxsi həyata hörmət hüququ) maddələrinə söykənərək, AİHM-in 39-cu qaydasına əsasən, sözügedən qanuna qarşı müvəqqəti məcburiyyət tədbirinin təbiq edilməsini tələb edirdilər.  
 
AİHM-dən aşağıdakılar tələb olunurdu: 
 
– Qanundakı peyvənd olunma tələbi dayandırılsın; 
 
– Peyvənd olunma tələbinə əməl etməyən şəxslərin peşə fəaliyyətini yasaqlayan tələb dayandırlsın; 
 
– Peyvənd olunma tələbinə əməl etməyən şəxslərə əmək haqqı ödənilməməsini nəzərdə tutan şərt dayandırlsın; 
 
AİHM-in 7 hakimdən ibarət Palatası müraciətə avqustun 24-də baxıb və onu rədd etməyə qərar verib. 
 
Palata hesab edib ki, 672 nəfərin ictimai sağlamlıq böhranının idarə edilməsi haqqında qanunla əlaqədar müvəqqəti məcburiyyət tədbirləri tələbi 39-cu Qayda çərçivəsinə daxil deyil. AIHM təkrarlayıb ki, 39-cu Qaydaya əsasən müvəqqəti tədbirlərin tətbiqi haqda qərar, işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı sonrakı qərarlara təsir etmədən, Məhkəmə qarşısındakı icraatla bağlı qəbul edilir. Məhkəmə müvəqqəti məcburiyyət tədbirlərini tətbiqi ilə bağlı tələbləri müstəsna hallarda təmin edə bilər. Hansı ki, əks halda ərizəçilər geri dönüşü mümkün olmayan zərər risqi ilə üzbəüz qala bilərlər.

Manşet

Dörd nəfərin ölümünə görə 9 il həbs tələb olundu

6 Mart 2022

arqument.az

Növbəti prosesdə vəkillər çıxış edəcək Masazır qəsəbəsindəki “Qurtuluş 93” yaşayış kompleksinin satış müdiri, 2021-ci ilin yayında Novxanı bağlar massivində “Range Rover” markalı avtomobillə 4 nəfərin öldüyü qəzanı törətməkdə ittiham olunan Elşad Kəlbəliyevin işi üzrə məhkəmə istintaqı tamamlanıb.  Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmədə prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Martın 15-də keçiriləcək növbəti məhkəmə iclasında onun vəkilləri çıxış edəcək, daha sonra özü son sözünü deyəcək, ardınca isə məhkəmənin hökmü elan ediləcək. Hadisə14 iyun 2021-ci ildə gecə saat 01 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək,...
Manşet

Navalnı yeni mükafatını korrupsiya ilə mübarizə aparanlara həsr etdi

22 Oktyabr 2021

DW

Aleksey Navalnı layiq görüldüyü Andrey Saxarov adına mükafatı “korrupsiyanın istənilən forması ilə mübarizə aparan hamıya” həsr edib.  “Radio Svoboda” xəbər verir ki, bu barədə rusiyalı siyasətçinin sosial şəbəkələrdəki hesablarında məlumat verilib.  Yazıda “jurnalistlərdən vəkillərə qədər, məmurlardan və deputatlardan küçəyə çıxıb bu mübarizəni dəstəkləyənlərə qədər” mübarizlərdən danışılır. “Onlara hətta bir az qorxulu olan anlarda da inadkarlıq və cəsarət arzu etmək istəyirəm”, - deyə müxalifətçi əlavə edib. Mətndən aydın olur ki, Aleksey Navalnı mükafata layiq görülməsini vəkilindən öyrənib. Hazırda həbsdə olan Aleksey Navalnının namizədliyi Avropa Parlamentinin ən böyük fraksiyası - Avropa Xalq Partiyası, eləcə də sayına görə üçüncü fraksiya olan “Avropanı yeniləmək”...

Seçilmiş Videolar

Toplum TV loqo