Qondarma "Dağlıq Qarabağ Respublikası"nın lideri Araik Arutunyan silahların susması, müharibənin başa çatması, bölgədə sülhün bərqərar olması və sabitliyin əldə olunmasına görə Rusiya dövlətinə və prezident Vladimir Putinə təşəkkür edib.
Bu barədə noyabrın 23-də Ermənistan KİV-i məlumat yayıb.
Arutunyanın sözlərinə görə, Rusiya rəhbərliyinin səyləri və fəaliyyəti nəticəsində qanın axmasını dayandırmaq mümkün olub, bunun üçün "Rusiya sülhməramlıları vacib stabilləşdirici rol oynayıblar".
Seperatçıların lideri Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradovla effektiv əməkdaşlığa başladıqlarını bəyan edib. O əlavə edib ki, rus hərbçiləri geriyə qayıdan qaçqınları müşayiət edir və humanitar karvanların təhlükəsizliyini təmin edirlər.