Manşet

Armen Sərkisyan: “Azərbaycana təkcə döyüş meydanında məğlub olmadıq”

21 Noyabr, 2020
278
"Azərbaycana təkcə döyüş meydanında məğlub olmadıq”. Ermənistan prezidenti Armen Sarkisyan  noyabrın 20-də "Aravot" qəzetinə verdiyi müsahibədə  "Ermənistan niyə Qarabağ müharibəsində məğlub oldu?” sualını cavablandırarkən belə deyib. 

Onun sözlərinə görə, bu illər ərzində Ermənistan Azərbaycana müqavimət göstərə biləcək bir ordu yarada bilməyib. 

Sarkisyana deyib ki, Ermənistan nəinki döyüş sahəsindəki müharibəni, eyni zamanda demoqrafik müharibəni də uduzub.

"1994-cü ildə bütün dünya, o cümlədən avropalılar da, NATO da güclü orduya sahib olduğumuzu düşünürdü. O zaman Artsaxın  əhalisi 100 mindən bir az çox idi, 26 ildən sonra - 100 və ya 130-150 min olaraq qalıb. Bu demoqrafik müharibədə də məğlub olduq. Düşünürəm ki, 26 ildə orada 500 və ya 600 min insan məskunlaşa bilərdi. Necə olacağını müzakirə etmək istəmirəm, amma bunun mümkün ola biləcəyinə əmin idim. Ancaq bu baş vermədi" - deyə, Sarkisyan bildirib.

Ermənistan prezidenti  hesab edir ki, ölkəsi  diplomatik cəbhədə də məğlub olub.

"Diplomatik korpuslarımız üç-dörd qat daha çox maliyyələşdirilməli idi. Azərbaycan və Türkiyə diplomatiyalarını gücləndirmək üçün heç nəyi əsirgəmədilər”. 

Sarkisyan erməni mediasını tənqid edərək işlərinin çox vaxt əsassız, emosional, məntiqsiz, "Feysbuk”un məlumatlarını "kopyala-yapışdır" prinsipi ilə işlədiklərini bildirib.

Bundan əlavə, o, ölkədə informasiya texnologiyaları sahəsinin inkişaf etdirildiyi fikri ilə də razılaşmayıb. "Ermənistanda elm  topaldır” - Sərkisyan belə deyib.
Manşet

Navalnı yeni mükafatını korrupsiya ilə mübarizə aparanlara həsr etdi

22 Oktyabr 2021

DW

Aleksey Navalnı layiq görüldüyü Andrey Saxarov adına mükafatı “korrupsiyanın istənilən forması ilə mübarizə aparan hamıya” həsr edib.  “Radio Svoboda” xəbər verir ki, bu barədə rusiyalı siyasətçinin sosial şəbəkələrdəki hesablarında məlumat verilib.  Yazıda “jurnalistlərdən vəkillərə qədər, məmurlardan və deputatlardan küçəyə çıxıb bu mübarizəni dəstəkləyənlərə qədər” mübarizlərdən danışılır. “Onlara hətta bir az qorxulu olan anlarda da inadkarlıq və cəsarət arzu etmək istəyirəm”, - deyə müxalifətçi əlavə edib. Mətndən aydın olur ki, Aleksey Navalnı mükafata layiq görülməsini vəkilindən öyrənib. Hazırda həbsdə olan Aleksey Navalnının namizədliyi Avropa Parlamentinin ən böyük fraksiyası - Avropa Xalq Partiyası, eləcə də sayına görə üçüncü fraksiya olan “Avropanı yeniləmək”...
Manşet

DYP-nin mopedlə bağlı təzə qərarına sürücülərin reaksiyası: “Pul tələsidir”

Aytac Məmmədli
26 Sentyabr 2021

Aytac Məmmədli - Toplum TV

Şəhərdəki tıxacdan təngə gələnlər çıxış yolunu motosikl və moped sürməkdə görürlər. Lakin bu nəqliyyat vasitələrinin sürücülərinin bəzən yol qaydalarını pozması ətrafakıların narazılığına səbəb olur. Üstəlik də son 2 ildə ölkədə motosikl və mopedlərdən istifadə edən kuryerlərin sayı artıb. Avtomobil sürücülərinin dediklərinə görə, onlardan bəziləri sifarişləri ünvana tez çatdırmaq üçün təhlükəsizlik qaydalarına önəm vermir, qəza şəraiti yaradırlar. Senytabrın 21-də Bakı şəhər Baş Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov deyib ki, moped sürücüləri ilə bağlı qanunvericilikdə dəyişiklik olacaq. İdarə rəisinin sözlərinə görə, mopedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və sürücülərdən A1 sürücülük vəsiqəsi tələb edilə bilər. V. Əsədov bu...
Seçilmiş Videolar