Manşet

Bu günün Covid-19 statistikası: Gürcüstan və Ermənistan

16 Yanvar, 2021
298
FOTO: İStock

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 236 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Bu barədə yanvarın 16-da Gürcüstan hökumətinin xüsusi internet saytında məlumat verilib. 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 247 025, ölənlərin sayı isə 2 916 nəfərə çatıb.

Virusa yoluxanlardan 231 385 nəfərin sağaldığı bildirilir.

Ermənistanda isə daha 263 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 235 olub.

Ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 2 987-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 728-ə yüksəlib. İndiyədək 152 615 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 905 aktiv koronavirus xəstəsi var.
Manşet

Azərbaycanın Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub

25 İyul 2021

Müdafiə Nazirliyi

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Manşet

Üç ölkə Bakı Bəyannaməsi imzalayacaq

25 İyul 2021

Açıq mənbələrdən götürülüb

İyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü gözlənilir. Xəbəri Türkiyənin “Anadolu” Agentliyi  yayıb. Bildirilir ki, bu, parlament sədrlərinin üçlü formatda ilk görüşü olacaq. Məlumata görə, görüşdə Bakı Bəyannaməsi də imzalanacaq.
Seçilmiş Videolar