Manşet

DİN Aqil Babayevin ailəsinin dediklərini istintaqa təzyiq kimi qiymətləndirir 

25 Avqust, 2021
127

Meydan TV

“Aqil Babayev və yaxınlarının səsləndirdiyi fikirlər tam əsassızdır” 
 
“Aqil Babayev 20 il ərzində 50-dək adamı aldadıb, pullarını mənimsəyib. Eyni zamanda, bu dövr ərzində dini məclislər təşkil edib”. 
 
Daxili İşlər Nazirliyi (DİN) Aqil Babayevin ailəsinin açıqlamasına münasibətində belə bildirib. 
 
DİN ötən gün Aqil Babayev adlı iş adamının həbsi ilə bağlı məlumat yayıb. Açıqlamada onun özünü 12-ci İmam Mehdi kimi təqdim etdiyi, bu yolla insanların külli-miqdarda pulunu mənimsədiyi bildirilir. 
 
Aqil Babayevin ailəsi isə Meydan TV-yə açıqlamasında səsləndirilən ittihamların doğru olmadığını, onun əvvəlcə bir dəstə tərəfindən tutulub döyüldüyünü, sonra isə pulunun mənimsənildiyini və yekunda həbs edildiyini bildirib. 
 
Bacısı Mətanət Babayeva Meydan TV-yə qardaşının iyunun 7-də bir qrup şəxs tərəfindən girov götürüldüyünü və 9 milyon manatlıq soyğunçuluğun bu zaman baş verdiyini deyib.  
 
Onun sözlərinə görə, soyğunçuluq faktı üzrə “102 qaynar telefon” xəttinə və yuxarı instansiyalara şikayət etsələr də, bugünədək nə hadisə yerindən əl izləri götürülüb, nə də hadisə şahidi olan həyat yoldaşı dindirilib. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Aqil Babayev və yaxınlarının səsləndirdiyi fikirlər tam əsassızdır: "Bu fikirlər istintaqın gedişinə maneə və istintaq aparan əməkdaşlara təzyiq kimi qiymətləndirilir. Aqil Babayev konkret şəxslərə qarşı dələduzluq əməli etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib. Aqil Babayev və yaxınlarının iddiaları araşdırılıb və heç biri öz təsdiqini tapmayıb. O, zərərçəkənlərə dələduzluq yolu ilə külli miqdarda ziyan vurub”. 
 
Aqil Babayevin yaxınları onun “ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun şəriki olduğunu bildirmiş, oğurluq hadisəsini də məhz onun adı ilə bağlamışdı. 
 
Aqil Babayev barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Manşet

Belarus vətəndaşı Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edildi

30 Avqust 2021

İdrak Mirzəlizadə - Açıq mənbələrdən götürülüb

Rusiya Daxili İşlər Nazirliyi stendapçı komik İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib.  Bu barədə Lenta.ru xəbər verir. “İdrak Mirzəlizadə öz publik çıxışında rus millətinə mənsub şəxslərə qarşı nifrət və düşmənçilik aşılayan ifadələrə yol verib. Buna görə də onun Rusiya Federasiyası ərazisində olması digər şəxslərin hüquqlarına və qanuni maraqlarına, ictimai asayişə təhdid kimi qəbul edilir”, - DİN saytında yazılır.  Mirzəlizadə Yutub şəbəkəsində “Razqonı” adlı yumoristik verilişdə səsləndirdiyi zarafata görə Rusiya İXM-nin 20.3.1 (nifrət və ya düşmənçiliyin oyatma, eləcə də insan ləyaqətinin alçaldılması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdu və avqustun 9-da 10 sutka həbsə məhkum edilmişdi. Belarus vətəndaşı olan İdrak...
Manşet

Əlil: "Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi"

30 Avqust 2021

Meydan TV

"Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın”  "Bilirəm ki, bizim də hansısa kağız üzərində hüquqlarımız var, ancaq mən bu hüquqlarımı əlil olduğum son 7 ildə hiss etmədim. Aldığım pensiyanın 130 manatı kirayəpuluna gedir, qalanı da yavan çörəyə... Dərmanlarımı ala bilmirəm. Heç olmasa hökumət mənə əlil kimi birotaqlı ev tikib versə, kirayədən canım qurtarar, kirayəyə verdiyim pulu dərmanıma verərəm”.  Bunu Meydan TV-yə Ağstafa sakini, 1-ci qrup əlil Xəyyam Abdullayev deyir.  "280 manatın 130 manatını ev kirayəsinə ödəyirəm”  Xəyyam Abdullayevin 40 yaşı var. Əvvəllər qaynaqçı işləyib. 7 il əvvəl iş vaxtı hündürlükdən yıxılaraq belindən aldığı xəsarət onu əlil arabasına...
Seçilmiş Videolar