arqument.az
Növbəti prosesdə vəkillər çıxış edəcək
Masazır qəsəbəsindəki “Qurtuluş 93” yaşayış kompleksinin satış müdiri, 2021-ci ilin yayında Novxanı bağlar massivində “Range Rover” markalı avtomobillə 4 nəfərin öldüyü qəzanı törətməkdə ittiham olunan Elşad Kəlbəliyevin işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmədə prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Martın 15-də keçiriləcək növbəti məhkəmə iclasında onun vəkilləri çıxış edəcək, daha sonra özü son sözünü deyəcək, ardınca isə məhkəmənin hökmü elan ediləcək.
Hadisə14 iyun 2021-ci ildə gecə saat 01 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək, qəzanın qarşısını almaq imkanı olduğu halda, bunu etməyib.
Onun idarə etdiyi “Range Rover” markalı, “10 CO 002” dövlət nömrə-nişanlı avtomobil Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas”la toqquşub.
Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüb.
Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur.
Elşad Kəlbəliyev deyir ki, hadisə günü Novxanı qəsəbəsində avtomobillə hərəkət edəndə qəfildən yola piyada çıxıb. Onu vurmamaq üçün maşını sola çəkəndə hadisə baş verib: “Novxanı ərazisində döngədə yol kənarında bir neçə nəfər dayanmışdı. Mən döngəyə çatanda adamlardan biri qəfil yola qaçdı. Mən də məcburi olub, həmin adamı vurmamaq üçün maşını sola çəkdim. Bir də baxdım ki solda maşınla toqquşdum…”
Hadisə zamanı həlak olanlar həmin avtomobildəki şəxslər olub.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə zamanı özü də xəsarət alıb: “15 gün özümdə olmamışam”.
Elşad Kəlbəliyev əlavə edib ki, hadisə zamanı sərxoş olması haqda iddialar da yalandır: “Mən ümumiyyətlə, içki qəbul etmirəm”.
Bu hadisə ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı “Range Rover”də sükan arxasında avtomobil sahibinin yox, başqa şəxsin olduğu iddia edilirdi. Bir müddət sonra isə həmin vaxt avtomobili Elşad Kəlbəliyevin özünün idarə etdiyi bildirildi.
Elşad Kəlbəliyev Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğludur.
O həmçinin 2010-2020-ci illərdə fəaliyyət göstərmiş “Əlincə” futbol klubunun da prezidenti olub.(Meydan TV)
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
e-huquq.az
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür