Manşet

Əfqanıstan və Taliban razılığa gəldi
 

20 İyul, 2021
729

Açıq mənbələrdən götürülüb

Qətərdə Əfqanıstan hökuməti ilə Taliban arasındakı danışıqlarda razılığa gəlinib.

Məlumatı Türkiyənin “Cümhuriyət” qəzeti yayıb.

Bildirilir ki, danışıqlar zamanı bütün bölgələrə humanitar yardımları etibarlı şəkildə çatdırması razılaşdırılıb.

Müzakirələrdən sonra Əfqanıstan hökuməti və “Taliban” ortaq açıqlama da yayıblar.

Onlar danışıqları bundan sonra da davam etdirməyə razı olduqlarını bildiriblər.

Məlumata görə, ortaq açıqlamada atəşkəsdən bəhs edilməyib.

Bəyanatda İslam prinsiplərinə əsaslanan və bütün əfqanların xeyrinə bir razılaşmaya ehtiyac olduğu ifadə edilib.

Tərəflər mülki infrastruktura zərər verilməməsi, mülki itkilərin qarşısının alınması mövzusunda da razılığa gəliblər.

Abdullah Abdullah - Açıq mənbələrdən götürülüb



Milli Barışma Ali Şurasının prezidenti Abdullah Abdullah verdiyi açıqlamada deyib: "Müzakirə edən tərəflər, yüksək səviyyəli danışıqları məqbul bir həll əldə olunana qədər davam etdirməyə və gələcəkdə belə danışıqları aparmağa razı oldular. Heyət liderləri danışıqlar qruplarına danışıqları sürətləndirmək tapşırığı verdi".

Əfqanıstan hökuməti ilə “Taliban” arasında danışıqlar 2020-ci ilin sentyabrında Dohada başlasa da, indiyə qədər heç bir irəliləyiş əldə olunmayıb. Hər iki tərəf aylardır Dohada olsa da, “Taliban” tərəfindən ələ keçirilən bölgələrin sayının artıb.

“Taliban” iyun ayının son həftəsində başlayan hücumlarda demək olar ki, Özbəkistan və Tacikistan sərhədindəki bütün bölgələri ələ keçirib.

Özbəkistana gedən ən vacib ticarət yolu olan Hayratan Sərhəd Qapısını iki istiqamətdən mühasirəyə alan “Taliban” cənub-qərbdə Qazni vilayətində cəmləşib.

Əfqanıstanda irəliləməyə davam edən Taliban 8 iyulda ölkənin İran sərhədindəki İslam qalasını və 14 iyulda Pakistan sərhədindəki Spin Boldak sərhəd qapılarını ələ keçirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo