Manşet

Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv ediləcəkmi? 

31 İyul, 2021
119

Eldəniz Səlimov - Açıq mənbələrdən götürülüb

Avqustun 3-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
Bunu “Turan”a parlamentdəki mənbə deyib.

İclasda deputat Eldəniz Səlimovla polis işçisi arasındakı insident müzakirə olunacaq.

İyulun 30-da E.Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevi döydüyü barədə məlumat yayılıb. 

DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

İnsidentlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət işi başlanıb. 

İyulun 31-də Baş prokuror Kamran Əliyev E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisə təqdimat göndərib ("Report").

Manşet

Belarus vətəndaşı Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edildi

30 Avqust 2021

İdrak Mirzəlizadə - Açıq mənbələrdən götürülüb

Rusiya Daxili İşlər Nazirliyi stendapçı komik İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib.  Bu barədə Lenta.ru xəbər verir. “İdrak Mirzəlizadə öz publik çıxışında rus millətinə mənsub şəxslərə qarşı nifrət və düşmənçilik aşılayan ifadələrə yol verib. Buna görə də onun Rusiya Federasiyası ərazisində olması digər şəxslərin hüquqlarına və qanuni maraqlarına, ictimai asayişə təhdid kimi qəbul edilir”, - DİN saytında yazılır.  Mirzəlizadə Yutub şəbəkəsində “Razqonı” adlı yumoristik verilişdə səsləndirdiyi zarafata görə Rusiya İXM-nin 20.3.1 (nifrət və ya düşmənçiliyin oyatma, eləcə də insan ləyaqətinin alçaldılması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdu və avqustun 9-da 10 sutka həbsə məhkum edilmişdi. Belarus vətəndaşı olan İdrak...
Manşet

Əlil: "Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi"

30 Avqust 2021

Meydan TV

"Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın”  "Bilirəm ki, bizim də hansısa kağız üzərində hüquqlarımız var, ancaq mən bu hüquqlarımı əlil olduğum son 7 ildə hiss etmədim. Aldığım pensiyanın 130 manatı kirayəpuluna gedir, qalanı da yavan çörəyə... Dərmanlarımı ala bilmirəm. Heç olmasa hökumət mənə əlil kimi birotaqlı ev tikib versə, kirayədən canım qurtarar, kirayəyə verdiyim pulu dərmanıma verərəm”.  Bunu Meydan TV-yə Ağstafa sakini, 1-ci qrup əlil Xəyyam Abdullayev deyir.  "280 manatın 130 manatını ev kirayəsinə ödəyirəm”  Xəyyam Abdullayevin 40 yaşı var. Əvvəllər qaynaqçı işləyib. 7 il əvvəl iş vaxtı hündürlükdən yıxılaraq belindən aldığı xəsarət onu əlil arabasına...
Seçilmiş Videolar