Manşet
Ermənistan müxalifəti Moskva danışıqlarından narazıdır
12 Yanvar, 2021
Baxış: 55
FOTO: "RİA Novosti"

"Moskva danışıqları ancaq düşmənin gündəliyinə uyğun keçirilib"

"News.am"-ın yanvarın 12-də verdiyi məlumata görə, bunu Ermənistanın əsas müxalifət partiyalarından olan "İşıqlı Ermənistan"ın lideri və onun parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan deyib. 

Partiya rəhbəri özünün "Feysbuk" hesabından ölkə rəhbərliyinə və tərəfdarlarına müraciət edib: "Aylar boyunca həllini tapmayan əsirlərin qaytarılması məsələsinin müzakirəsi və həlli yenə də havada asılı qalıb. Onda bəs siz nəyə sevinirsiniz?".

Marukyan Kremldəki üçtərəfli görüşün Azərbaycanın gündəliyinə uyğun keçdiyini iddia edib:

"Dünən axşam Moskvada üçtərəfli görüşün yekununa dair imzalanan bəyanatdan sonra ölkənin bütün hökumətpərəst KİV-ləri böyük sevinclə yeni razılığa əsasən Ermənistanı İran və Rusiyayla birləşdirəcək dəmir yolunun açılacağını yazırdılar. Halbuki erməni xalqının bu görüşdən ancaq və ancaq bir gözləntisi vardı - əsirlərin ən qısa vaxtda təhvil alınmasına dair razılığa nail olmaq, bu isə mümkün olmayıb. Müzakirələr yenidən istisnasız olaraq düşmənin gündəliyinə uyğun keçirildi, imzalanan razılıq ancaq düşmənin irəli sürdüyü mövzuları əhatə etdi".
Manşet
ABŞ koronavirusa görə Çini günahlandırır
17 Yanvar 2021
ABŞ Departamentinin binası, Vaşinqton D.S. FOTO: unian.info    "Pekin virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edən çinli həkimləri, alimləri və jurnalistləri cəzalandırdı" "ABŞ dəfələrlə COVID-19-un mənşəyi ilə bağlı şəffaf və hərtərəfli araşdırmaya çağırıb. Bu, pandemiyanın mənşəyini anlamaq, qlobal xalq sağlamlığı, iqtisadi bərpa və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - ABŞ Dövlət Departamentinin bəyanatında belə qeyd edilir. Bildirilir ki, bu həftə Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istintaq qrupunun həyati işinə kömək etmək üçün ABŞ hökuməti 2019-cu ildə Çinin dövlət laboratoriyaları daxilindəki fəaliyyətlərlə əlaqədar yeni məlumatlar paylaşır: "Xüsusilə, ÜST-ü aşağıdakıları həll etmək üçün Çin hökumətini sıxmağa çağırırıq". Bəyanatda Vuhan Virusologiya İnstitutundakı xəstəliklər barədə...
Manşet
İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı
17 Yanvar 2021
FOTO: CNN   İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. FOTO: CNN    Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub. FOTO: CNN    Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb. FOTO: CNN    Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb...
Seçilmiş Videolar