Armen Sarkisyan
FOTO: Mediaadvocate.am
Yanvarın 5-də koronavirusa yoluxan Armen Sarkisyanın vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilib.
Bu barədə yanvarın 13-də Ermənistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Sarkisyana yüksək hərarət və ağ ciyərin ikitərəfli pnevmoniyası diaqnozu qoyulub.
"Prezident ev şəraitində müalicə olunurdu, ancaq xəstəliyi getdikcə ağırlaşdığından xəstəxanaya yerləşdirilib", - Prezident Administrasiyasının məlumatında bildirilib.
Prezidentin həyat yoldaşı Nune Sarkisyanın da virusa yoluxduğu qeyd edilib. Armen Sarkisyan qış məzuniyyətində Yeni ili qarşılamaq üçün Londona gedib. Burada o, ayağından əməliyyat da olunub. Prezidentin koronavirusa da Londonda yoluxduğu bildirilir.