Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan vəzifədən istefa verib. Bu barədə noyabrın 24-də Ermənistan KİV-i məlumat verib.
Tiqran Xaçaryan bu vəzifəyə 2018-ci ilin oktyabrında təyin olunmuşdu.
Bundan əvvəl Ermənistanda xarici işlər naziri, daxili işlər naziri, fövqəladə hallar naziri, ədliyyə naziri vəzifədən uzaqlaşdırılıblar. Mətbuatın yazdığına görə, Ermənistan hökumətinin 80%-nin istefaya göndəriləcəyi gözlənilir.