Manşet

Əsgərin intihar etdiyi bildirilir

28 Avqust, 2021
241

Müdafiə Nazirliyi Şuşa şəhəri istiqamətində hərbi xidmətdə olan Çingiz Həziyevin ölümü haqqında xəbər yayıb. İlkin araşdırmalara görə, onun xidmət etdiyi hərbi hissədə intihar etdiyi bildirilir.

Nazirlik hərbi qulluqçunun intiharına səbəbin ailə-məişət problemləri olduğunu və “etik qaydalara riayət edərək” hadisənin təfərrüatlarını açıqlamadığını deyir.

Hazırda faktla bağlı cinayət işi başlanıldığı, araşdırma aparıldığı qeyd olunur. 

KİV-də və sosial mediada Çingiz Həziyevin atışmada həlak olduğu haqda məlumat yayılmışdı. Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər “həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır”.

Manşet

DYP-nin mopedlə bağlı təzə qərarına sürücülərin reaksiyası: “Pul tələsidir”

Aytac Məmmədli
26 Sentyabr 2021

Aytac Məmmədli - Toplum TV

Şəhərdəki tıxacdan təngə gələnlər çıxış yolunu motosikl və moped sürməkdə görürlər. Lakin bu nəqliyyat vasitələrinin sürücülərinin bəzən yol qaydalarını pozması ətrafakıların narazılığına səbəb olur. Üstəlik də son 2 ildə ölkədə motosikl və mopedlərdən istifadə edən kuryerlərin sayı artıb. Avtomobil sürücülərinin dediklərinə görə, onlardan bəziləri sifarişləri ünvana tez çatdırmaq üçün təhlükəsizlik qaydalarına önəm vermir, qəza şəraiti yaradırlar. Senytabrın 21-də Bakı şəhər Baş Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov deyib ki, moped sürücüləri ilə bağlı qanunvericilikdə dəyişiklik olacaq. İdarə rəisinin sözlərinə görə, mopedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və sürücülərdən A1 sürücülük vəsiqəsi tələb edilə bilər. V. Əsədov bu...
Manşet

Belarus vətəndaşı Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edildi

30 Avqust 2021

İdrak Mirzəlizadə - Açıq mənbələrdən götürülüb

Rusiya Daxili İşlər Nazirliyi stendapçı komik İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib.  Bu barədə Lenta.ru xəbər verir. “İdrak Mirzəlizadə öz publik çıxışında rus millətinə mənsub şəxslərə qarşı nifrət və düşmənçilik aşılayan ifadələrə yol verib. Buna görə də onun Rusiya Federasiyası ərazisində olması digər şəxslərin hüquqlarına və qanuni maraqlarına, ictimai asayişə təhdid kimi qəbul edilir”, - DİN saytında yazılır.  Mirzəlizadə Yutub şəbəkəsində “Razqonı” adlı yumoristik verilişdə səsləndirdiyi zarafata görə Rusiya İXM-nin 20.3.1 (nifrət və ya düşmənçiliyin oyatma, eləcə də insan ləyaqətinin alçaldılması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdu və avqustun 9-da 10 sutka həbsə məhkum edilmişdi. Belarus vətəndaşı olan İdrak...
Seçilmiş Videolar