Manşet
Fransa Senatının Qarabağ qətnaməsinin əsl məqsədi bilindi
27 Noyabr, 2020
Baxış: 919
Fransa Senatında Fransa-Ermənistan dostluq qrupunun sədri Jilber-Lük Devin parlamentin Dağlıq Qarabağın müstəqilliyini tanımaq barədə qətnaməsinin məqsədini açıqlayıb. O, bu barədə  Rusiyanın "Kommersant” qəzetinə açıqlamasında danışıb.

Sənəd beş maddədən ibarətdir. Fransa Senatı ilk növbədə "Azərbaycanın hərbi təcavüzünü pisləyir, qoşunlarının və onları dəstəkləyən qüvvələrin 27 sentyabrdan sonra sonra tutduqları ərazilərdən dərhal geriyə çəkilməsini tələb edir”. Sənəddə eləcə də Dağlıq Qarabağın dinc əhalisinə təxirəsalınmaz yardım göstərilməsi, Minsk Qrupunun razılaşmalarına uyğun olaraq, bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi tələb olunur.

Bundan əlavə, qətnamədə hərbi cinayətlərin araşdırılması üçün beynəlxalq tribunalın yaradılmasının zərurəti qeyd olunub. Nəhayət, Senat Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırır,  parlamentarilərin fikrincə, bu, konfliktin tənzimlənməsinin başlanmasının təminatı olacaq.

Devin vurğulayıb ki, Dağlıq Qarabağın müstəqilliyinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ambisiyaların  görə israr edir. "Ərdoğan mətbuat konfransında əcdadlarının başladığı işi sona çatdıracağını deyəndə, bu, bizin üçün həyəcan siqnalı oldu”, - deyə Fransa senatoru bildirib.

Onun sözlərinə görə, Fransa ilə Ermənistan arasında 1896-cı ildən yaxın münasibətlər qurulub. "Biz hamımız erməni soyqırımını yaxşı xatırlayırıq. Mən ermənilərin ənənəvi olaraq çox olduqları Rona-Alp regionundan olduğuma görə Fransa-Ermənistan dostluq qrupuna rəhbərlik edirəm. Onlar həmin regiona 1915-ci il soyqırımından sonra köçüblər”. Devin ailəsinin çoxlu ermənilərlə tanış olduğunu deyib, həmin ermənilərin öz bilik və bacarıqları ilə Fransanı zənginləşdirdiklərini iddia edib.  

Fransa Senatı noyabrın 25-də qəbul etdiyi qətnaməylə ölkə hökumətini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıb. Səsvermədə iştirak edən 306 senatordan 305-i qətnamənin lehinə səs verib.

Manşet
ABŞ koronavirusa görə Çini günahlandırır
17 Yanvar 2021
ABŞ Departamentinin binası, Vaşinqton D.S. FOTO: unian.info    "Pekin virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edən çinli həkimləri, alimləri və jurnalistləri cəzalandırdı" "ABŞ dəfələrlə COVID-19-un mənşəyi ilə bağlı şəffaf və hərtərəfli araşdırmaya çağırıb. Bu, pandemiyanın mənşəyini anlamaq, qlobal xalq sağlamlığı, iqtisadi bərpa və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - ABŞ Dövlət Departamentinin bəyanatında belə qeyd edilir. Bildirilir ki, bu həftə Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istintaq qrupunun həyati işinə kömək etmək üçün ABŞ hökuməti 2019-cu ildə Çinin dövlət laboratoriyaları daxilindəki fəaliyyətlərlə əlaqədar yeni məlumatlar paylaşır: "Xüsusilə, ÜST-ü aşağıdakıları həll etmək üçün Çin hökumətini sıxmağa çağırırıq". Bəyanatda Vuhan Virusologiya İnstitutundakı xəstəliklər barədə...
Manşet
İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı
17 Yanvar 2021
FOTO: CNN   İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. FOTO: CNN    Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub. FOTO: CNN    Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb. FOTO: CNN    Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb...
Seçilmiş Videolar