Açıq mənbələrdən götürülüb
“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.
Bu haqda "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşların həyata keçirildiyi bildirilir.
Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.
AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir, tam avtomatik uçuş nəzarət sistemidir.
İşğaldan azad edilmiş ərazilərdə "Füzuli" hava limanından başqa daha iki aeroport tikilir. Onlar Zəngilan və Laçın rayonlarının ərazisində inşa edilir.
arqument.az
DW
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”