Ayaz Məmmədov - Açıq mənbələrdən götürülüb
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov öz istəyi əsasında vəzifəsindən istefa verib.
Bu barədə o, özü “Feysbuk” səhifəsində məlumat yayıb.
2017-ci ildə müşavir təyin olunan A.Məmmədov bildirib ki, istefasının əsas səbəbi Gürcüstanın hazırkı hakimiyyətinin son zamanlar yürütdüyü siyasəti dəstəkləməməsidir.
A.Məmmədov Gürcüstanda son həftə ərzində istefa verən ikinci dövlət məmurudur. İyulun 15-də Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov da öz arzusu ilə vəzifələrindən gedib ("Report").
arqument.az
DW
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”