Manşet

İlham Əliyev: “Azərbaycan münaqişəyə son qoyub, sülh barədə düşünməyin vaxtıdır”

18 İyul, 2021
73

İlham Əliyev - Report

“Azərbaycan uzun müddət davam edən münaqişəyə son qoydu və özü də BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi”.

Prezident İlham Əliyev bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Münaqişə bitib, indi sülh barədə düşünməyin vaxtıdır. Bölgədəki yaranan yeni vəziyyətlə bağlı planlarımızı, təşəbbüslərimizi və yanaşmalarımızı müzakirə etdik”, - deyə İ.Əliyev əlavə edib.

Şarl Mişel: “Bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıyıq”

“Sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır”.

Şarl Mişel - Report 

Şarl Mişel İlham Əliyevlə görüş zamanı Avropa İttifaqıyla Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri, gələcək layihələr, eləcə də ilin sonunda keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələlərinin müzakirə olunduğunu deyib.

Şarl Mişel bildirib ki, təmsil etdiyi qurum bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıdır.

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının vacibliyini qeyd edən Aİ rəsmisi əlavə edib ki, regional əməkdaşlıq və infrastrukturun bərpası da önəmli məsələlərdir (“Report”).

Manşet

Azərbaycanın Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub

25 İyul 2021

Müdafiə Nazirliyi

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Manşet

Üç ölkə Bakı Bəyannaməsi imzalayacaq

25 İyul 2021

Açıq mənbələrdən götürülüb

İyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü gözlənilir. Xəbəri Türkiyənin “Anadolu” Agentliyi  yayıb. Bildirilir ki, bu, parlament sədrlərinin üçlü formatda ilk görüşü olacaq. Məlumata görə, görüşdə Bakı Bəyannaməsi də imzalanacaq.
Seçilmiş Videolar