arqument.az
Növbəti prosesdə vəkillər çıxış edəcək
Masazır qəsəbəsindəki “Qurtuluş 93” yaşayış kompleksinin satış müdiri, 2021-ci ilin yayında Novxanı bağlar massivində “Range Rover” markalı avtomobillə 4 nəfərin öldüyü qəzanı törətməkdə ittiham olunan Elşad Kəlbəliyevin işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmədə prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Martın 15-də keçiriləcək növbəti məhkəmə iclasında onun vəkilləri çıxış edəcək, daha sonra özü son sözünü deyəcək, ardınca isə məhkəmənin hökmü elan ediləcək.
Hadisə14 iyun 2021-ci ildə gecə saat 01 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək,...
DW
Aleksey Navalnı layiq görüldüyü Andrey Saxarov adına mükafatı “korrupsiyanın istənilən forması ilə mübarizə aparan hamıya” həsr edib.
“Radio Svoboda” xəbər verir ki, bu barədə rusiyalı siyasətçinin sosial şəbəkələrdəki hesablarında məlumat verilib.
Yazıda “jurnalistlərdən vəkillərə qədər, məmurlardan və deputatlardan küçəyə çıxıb bu mübarizəni dəstəkləyənlərə qədər” mübarizlərdən danışılır. “Onlara hətta bir az qorxulu olan anlarda da inadkarlıq və cəsarət arzu etmək istəyirəm”, - deyə müxalifətçi əlavə edib.
Mətndən aydın olur ki, Aleksey Navalnı mükafata layiq görülməsini vəkilindən öyrənib.
Hazırda həbsdə olan Aleksey Navalnının namizədliyi Avropa Parlamentinin ən böyük fraksiyası - Avropa Xalq Partiyası, eləcə də sayına görə üçüncü fraksiya olan “Avropanı yeniləmək”...