Manşet

İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı

17 Yanvar, 2021
277
FOTO: CNN
 
İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir.


FOTO: CNN 
 
Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb.

İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub.


FOTO: CNN 
 
Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb.


FOTO: CNN 
 
Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb və 15,000 sakin məcburi köçkün vəziyyətinə düşüb.

BNPB, zəlzələnin ardından beş-yeddi saniyə ərzində güclü hiss oluna bilən və ən az 300 evə ziyan vuran zəlzələnin ardınca minlərlə sakinin evlərini tərk edərək təhlükəsizlik axtarışına çıxdığını bildirib.


FOTO: CNN 
 
Majenedeki hərbi komandanlığa və Mamujuda yerləşən otellər və hökumət binaları da daxil olmaqla bir sıra digər binalara da ciddi ziyan dəyib.

Yerli axtarış və xilasetmə qruplarına görə bir çox insan hələ də çökmüş binaların altında qalıb.


FOTO: CNN 
 
Xilasedicilər İndoneziyanın Mamuju şəhərində çökmüş binada sağ qalanları axtarırlar.

Vest Sulavesi Rabitə və İnformasiya Departamentinin rəhbəri Səfəruddin Sanusi təbii fəlakətlə bağlı açıqlama verib: "Prioritetimiz hələ də binaların altında basdırılan qurbanları xilas etməkdir".


FOTO: CNN 
 
"Məsələn, Qərbi Sulawesi qubernatorluğunda içəridə qalan iki təhlükəsizlik işçisini boşaltmağa çalışırıq", - o deyib.

Mamujudakı binaların təxminən yarısının zəlzələ nəticəsində sıradan çıxdığı deyilir.


FOTO: CNN 
 
"Mamuju şəhərindəki insanların çoxu indi köçkündür. Evlərində qalmaqdan qorxurlar" - rabitə rəisi zəlzələnin Mamujunun ən böyük dörd xəstəxanasına ziyan vurduğunu da söyləyib.

Binanın altında qalan qurbanları xilas etmək, sürətli işləmək üçün daha çox avadanlığına və daha çox işçiyə ehtiyac olduğu deyilir.

"Buradakı əngəlimiz onları xilas edəcək ağır texnikamızın olmamasıdır", - Mamuju Yerli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Saidar Rahmanjaya yerli televiziyaya belə deyib.


FOTO: CNN 
 
Mamuju Axtarış və Xilasetmə Agentliyinin bölmə müdiri Arianto Ardi bildirib ki, səlahiyyətlilər zəlzələ nəticəsində dağılmış üç evdə evakuasiyaları başa vurublar.

Bildirilir ki, agentlik evlərdən səkkiz nəfəri təxliyə edib, onlardan üçü sağ qalıb, beş nəfər ölüb.

Mamuju sakini Şalahuddin Salman zəlzələnin gecə yarısı baş verdiyini, insanların təşvişə düşdüyünü deyib: "Dörd ailə üzvünü xilas etdik, ancaq bir nəfər hələ də evakuasiya edilə bilmir. Orada, binanın içərisində qalıb. Öldüyünü zənn edirik".

Rəsmi məlumata görə,Qərbi Sulavesidə cümə günü baş verən 6,2 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.


FOTO: CNN 
 
Sakit okean adlanan "Atəş Halqası"nda addımlayan İndoneziya, yüksək tektonik fəaliyyətə sahib bir ölkədir, mütəmadi olaraq zəlzələlərə məruz qalır.

2018-ci ildə Sulavesinin Palu şəhərində 6,2 bal gücündə zəlzələ və sonrakı sunami minlərlə insanın ölümünə səbəb olmuşdu.
 

Manşet

Azərbaycanın Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub

25 İyul 2021

Müdafiə Nazirliyi

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Manşet

Üç ölkə Bakı Bəyannaməsi imzalayacaq

25 İyul 2021

Açıq mənbələrdən götürülüb

İyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü gözlənilir. Xəbəri Türkiyənin “Anadolu” Agentliyi  yayıb. Bildirilir ki, bu, parlament sədrlərinin üçlü formatda ilk görüşü olacaq. Məlumata görə, görüşdə Bakı Bəyannaməsi də imzalanacaq.
Seçilmiş Videolar