Manşet
İranda 7 fəala hökm oxundu
14 Yanvar, 2021
Baxış: 87
FOTO: Toplum.tv 

İranda Qarabağa dəstək aksiyasında iştirak edən şəxslərə hökm  oxunub. 

Bu barədə "Toplum TV”-yə qadın və gender məsələləri üzrə tədqiqatçı Sevil Süleymani məlumat verib.

Təbriz Cinayət Məhkəməsinin 112 saylı şöbəsinin rəhbəri hakim Məhəmməd Əli Piri Təbrizdəki aksiyada iştirak etmiş 5 fəalın hər birinə 1 il həbs və 60 şallaq cəzası kəsib. 

Həkimə Əhmədi, Yasəmə Zəfəri, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Purəli "ictimai asayişi pozmaq”, "dövlət məmurlarına itaətsizlik” və "üsyan etmək” maddələri üzrə ittiham olunublar. 

Ərdəbil Cinayət Məhkəməsi isə bu şəhərdə keçirilmiş aksiyada iştirak edən Əli Xeyrcu və Meysəm Colaninin hər birinə 4 ay həbs və 20 şallaq cəzası verib. 

S.Süleymani bildirib ki, baş tutan aksiyalarda əsas hədəf İran hökuməti olub.


"Aksiyalar sentyabrın 30-da Ərdəbildə, daha sonra Təbriz və Tehranda keçirilib. Aksiya iştirakçıları Ermənistanla sərhədlərin bağlanmasını və bu ölkəyə yardımın dayandırılmasını tələb edirdilər”.

Aysel Əzizova
Nuranə Atakişiyeva
Manşet
ABŞ koronavirusa görə Çini günahlandırır
17 Yanvar, 2021
ABŞ Departamentinin binası, Vaşinqton D.S. FOTO: unian.info    "Pekin virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edən çinli həkimləri, alimləri və jurnalistləri cəzalandırdı" "ABŞ dəfələrlə COVID-19-un mənşəyi ilə bağlı şəffaf və hərtərəfli araşdırmaya çağırıb. Bu, pandemiyanın mənşəyini anlamaq, qlobal xalq sağlamlığı, iqtisadi bərpa və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - ABŞ Dövlət Departamentinin bəyanatında belə qeyd edilir. Bildirilir ki, bu həftə Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istintaq qrupunun həyati işinə kömək etmək üçün ABŞ hökuməti 2019-cu ildə Çinin dövlət laboratoriyaları daxilindəki fəaliyyətlərlə əlaqədar yeni məlumatlar paylaşır: "Xüsusilə, ÜST-ü aşağıdakıları həll etmək üçün Çin hökumətini sıxmağa çağırırıq". Bəyanatda Vuhan Virusologiya İnstitutundakı xəstəliklər barədə...
Manşet
İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı
17 Yanvar, 2021
FOTO: CNN   İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. FOTO: CNN    Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub. FOTO: CNN    Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb. FOTO: CNN    Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb...
Seçilmiş Videolar
Menu