Manşet

MTN işi: Mövlam Şıxəliyev öz əmlaklarından danışdı 

14 İyun, 2022
250

"Yüksək vəzifəli məmurlardan birinin sayəsində..."

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildən Dövlət Təhlükəsizlik Xidməti) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

Məhkəmə iclasına hakim Elbəy Allahverdiyev sədrlik edib. 

Məhkəmənin başladığı ilk vaxtlardan (8 ay) hakim media nümayəndələrini məhkəmə salonuna buraxmır. 

Təqsirləndirilən şəxslərin vəkilləri də mediaya danışmır. Bu səbəbdən də media nümayəndələri yalnız zərərçəkmiş və şahidlərdən məlumatlar toplamalı olur. 

Yalnız Mövlam Şıxəliyev dəmir barmaqlıqlar arasından baxır, digər təsqirləndirilən şəxslər isə həbslə əlaqəsi olmayan qətimkan tədbiri altındadır. 

8 aydır ki, zərərçəkmişlər digər təsqirləndirilən şəxslərin də həbsdə saxlanmasını, məhkəməyə istintaq təcridxanasından gətirilib-aparılmalarını tələb edirlər. 

İyunun 14-də məhkəmə iclası Yasin Məmmədovun qardaşı İlqar Məmmədovun, əmisi oğlu İlham Məmmədovun şahid ifadələriylə başlayıb. 

Bu şəxslər Yasin Məmmədovun əmlaklarıyla bağlı didiriliblər. Onlar bildiriblər ki, həmin əmlakları özləri alıblar, ancaq Yasin Məmmədovun adına rəsmiləşdiriblər. 

Dövlət ittihamçısı isə deyib ki, Yasin Məmmədovun başqa əmlakları da (mənzillər, obyektlər) var: "Hansı ki Yasin Məmmədov həmin əmlakları yaxın qohumlarının adına rəsmiləşdirib, ancaq onun sərəncamında olub. Belə olan halda üzərinə həbs qoyulan əmlakların Yasin Məmmədovun özünə məxsus olmaması inandırıcı deyil”. 
 
Yasin Məmmədov isə çıxışında zərərçəkən kimi tanınan İbrahim Zeynalovdan 8 milyon manat aldığını inkar edib. 

O həmçinin Əfsəl Həsənəliyevdən, Sərdar İsmayılov və digər şəxslərdən pul almasını da təsdiqləməyib: "Mövlam Şıxəliyevlə aramızda ədavət olub, ona görə də Təhsin Ağayevlə birlikdə elə oyun qurdular ki, mən də cinayət məsuliyyətinə cəlb olundum".

O daha sonra üzünü Mövlam Şıxəliyevə tutaraq: “Adam kişi olar”,  - deyib. 

Mövlam Şıxəliyevsə Yasin Məmmədovun sözlərinə əhəmiyyət verməyib. 

Sonra Mövlam Şıxəliyev məhkəməyə öz əmlakları ilə bağlı məlumat verib. 

Bildirib ki, 1996-cı ildən “Stil” mebel mağazaları şəbəkəsi olub, bu mağazaların isə 70 faizi özünə, 30 faizi isə qohumuna məxsusdur. Mağazalardan ayda 30 min manat qazanıb. 

Şıxəliyev deyib ki, bu mağazalardan illər ərzində ümumilikdə 5 milyon manat qazanıb və adına olan əmlakları alıb. 

Mövlam Şıxəliyev Xaçmazda yerləşən, yarısı ona məxsus olan “Çobanbulaq” İstirahət Mərkəzinin üzərinə həbs qoyulmamasının səbəbindən danışıb: “Yüksək vəzifəli məmurlardan birinin sayəsində o əmlakın üzərinə həbs qoyulmadı”. 

Məhkəmədə Vüsal Ələkbərov da çıxış edib. 

O deyib ki, “Texnikabank” rəhbəri Etibar Əliyevə məxsus olan, Bakının “milyonçular məhləsində” yerləşən 5 mərtəbəli mülk Baş Prokurorluğun yüksək vəzifəli şəxsinə hədiyyə verilib, ancaq ad çəkməyib. 

Bildirib ki, adı məhkəmədə son söz deyəndə açıqlayacaq: “O mülk indi də həmin adamın sərəncamındadır, ancaq adını son söz deyəndə çəkəcəyəm”. 

Hakim Elbəy Allahverdiyev Vüsal Ələkbərovdan ad çəkməsini istəyib. 

Vüsal Ələkbərovsa deyib ki, hələlik gözləyir, ad çəkib-çəkməməyi Prokurorluğun ona qarşı bundan sonrakı münasibətindən asılı olacaq.  

Zərərçəkmişlər yerlərindən: “İndi də prokurorluğu şantaja keçib”, - deyə etiraz ediblər. 

Vüsal Ələkbərovun bildirib ki, həbsi ABŞ, İngiltərə, Rusiya casuslarının marağına uyğun olaraq həyata keçirilib. Onun bu fikri zalda gülüşlər qarşılanıb.

Sonra zərərçəkən Qulam Bağırov məhkəmədən söz istəyib. Bildirib ki, o, məhkəmə iclaslarında iştirak etmədiyi günlərdə Sahib Ələkbərov onun barəsində  xoşagəlməz sözlər işlədib: “Deyib ki, Qulam xəstədir, əqli problemləri var. Əqli xəstə insanlara hədə-qorxu gələrək pul tələb edənlər və pul verilməyəndə Baş Prokurorluqla əlbir olub, saxta ittiham uydurub, girov götürənlərdir. Əqli xəstə girov götürdükləri adamın yeganə mənzilini satdırıb pulunu əlindən alanlardır. Əqli xəstə girov götürdükləri Qulam Bağırovu heç bir aidiyyəti olmayan cinayət işinin gözünə qatıb, məhkəməyə göndərənlərdir. Sahib Ələkbərov məni girov götürüb, evimi satdırıb". 

"Üstəlik, ailəmi məcbur edib ki, evin pulundan əlavə 135 min dollar yığıb versinlər. Ailəm xirtdəyə kimi borclanıb, o pulu düzəldib Sahib Ələkbərova verib. Bundan sonra Məhkəmə Tibbi Ekspertizadan adıma saxta tibbi rəy yazdırmaqla girovluqdan azad edib. Mən xəstə deyiləm, işimlə əlaqədar keçdiyim tibbi müayinələrin cavablarını da təqdim etməyə hazıram. Deyir ki, guya başımda şiş var. Halbuki belə bir şey yoxdur. Saxta ekspert rəyini yazdıran özü olub. O yaxşı bilir mənim başımda şiş var, yoxsa yox...", - deyə Qulam Bağırov bildirib. 

"Vaxtilə özü yazdıqdığı saxta rəyə əsaslanıb məni burada xəstə adlandırır. Utanmır. Araşdırsalar, görərlər ki, burdakı zərərçəkmişlərin, demək olar ki, hamısı eyni ağır xəstəlik diaqnozu qoyulmaqla azad edilib. Bəli, pulları, malları əllərindən alındıqdan sonra...”, - zərərçəkən belə deyib. 

Qulam Bağırov məhkəmənin ilk vaxtlarında qaldırdığı, ancaq baxılmamış vəsatətlərdən də danışıb. Həmin vəsatətlərdən biri Sahib Ələkbərovun da həbsə alınaraq Mövlam Şıxəliyevlə eyni müttəhimlər kürsüsündə oturdulmasıyla bağlı olub: “Möhtərəm hakim, siz neylədiniz?.. Təmin etmədiniz. Halbuki bunlar eyni çəkidə cinayətlər törədiblər, bütün cinayətlərdə əlbir olublar. Bəs hansı səbəbdən biri müttəhimlər kürsüsündə əyləşib, digərləri məhkəmə zalında?..” 
 
Zərərçəkən Sərdar İsmayılovla Əfsəl Həsənəliyev də ayağa qalxaraq xəstə olmadıqları halda barələrində saxta rəy verildiyini, həmin rəy əsasında “girovluqdan” azad edildiklərini dilə gətiriblər. 

Yasin Məmmədov keçmiş iş yoldaşları olan müstəntiqlər Nadir Mustafayevin və digərilərinin dindirilməsinə dair vəsatət verib: “Burda zərərçəkmişlər deyirlər ki, mənə pulu müstəntiqlərin yanında veriblər. Mən də istəyirəm ki, müstəntiqlər dəvət olunsun, onlardan soruşulsun”. 

Hakim vəsatəti baxılmamış saxlayıb. 

Növbəti məhkəmə iclası iyunun 20-nə təyin olunub.

İtihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Leyli Cəfərova

Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...
Manşet

Dörd nəfərin ölümünə görə 9 il həbs tələb olundu

6 Mart 2022

arqument.az

Növbəti prosesdə vəkillər çıxış edəcək Masazır qəsəbəsindəki “Qurtuluş 93” yaşayış kompleksinin satış müdiri, 2021-ci ilin yayında Novxanı bağlar massivində “Range Rover” markalı avtomobillə 4 nəfərin öldüyü qəzanı törətməkdə ittiham olunan Elşad Kəlbəliyevin işi üzrə məhkəmə istintaqı tamamlanıb.  Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmədə prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Martın 15-də keçiriləcək növbəti məhkəmə iclasında onun vəkilləri çıxış edəcək, daha sonra özü son sözünü deyəcək, ardınca isə məhkəmənin hökmü elan ediləcək. Hadisə14 iyun 2021-ci ildə gecə saat 01 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək,...

Seçilmiş Videolar

Toplum TV loqo