Müdafiə Nazirliyi: Ermənistan Kəlbəcər, Tovuz, Sədərək istiqamətində atəş açıb
Müdafiə Nazirliyi
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, iyulun 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açıldığı, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra üçtərəfli Bəyannamə imzalansa da, sülh müqaviləsi bağlanmayıb. Vaxtaşırı müxtəlif istiqamətlərdə atəşkəsin pozulması, atışma haqda məlumatlar verilir.
arqument.az
DW
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”